“Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əgər ləngiməmiz - filanımız olsa...o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımçıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.
Bəli, bəli, bu sətirlərin müəllifi “Vosmoy” bazarında alverçi, avtobusda şofer, çayxanada qulluqçu deyil, Azərbaycanın gələcək nəslini yetişdirən təhsil ocaqlarından birinin direktorudur.
Onun Şamaxıda Sabir qəsəbəsindəki şəhid A.Alxanov adına orta məktəbin direktoru olması öz günahı deyil.
Günah hələ də Gülnurə Babaşovanı sözügedən məktəbin direktoru vəzifəsində saxlayan Təhsil Nazirliyindədir.
O nazirlik ki, “təhsil marketinqi” Misir Mərdanovun gedişindən sonra Mikayıl Cabbarov tərəfindən şən və hazırcavablar klubuna çevrildi, onun yolunun layiqli davamçısı Ceyhun Bayramov isə həvəskarlar dərnəyinə döndərdi.
anaxeber.info xatırladır ki, M.Cabbarovun kölgəsi gəzən Təhsil Nazirliyində C.Bayramovun ruhu dolaşmaqdadır. Ruh isə kölgədən qopmayıb.
Bunun nəticəsinə uyğun olaraq, Azərbaycan təhsili “Çto, qde, koqda” uşaqlarının əlimdə giriftar qalıb.
Belə olmasaydı, Şamaxıda Sabir qəsəbəsindəki məktəbin direktoru M.Mərdanov dövründən qalan metodla müəllimlərdən xərac toplamazdı.
Sadəcə, bəxti onda gətirməyib ki, indi texnologiya inkişaf edib, vatsap, yutub və s. şəbəkələrin “femoneni”nə çevrilə bilər.
Bununla belə, C.Bayramov səs yazısının üstündən sükutla keçib. Baxmayaraq ki, elektron media bu faktı dəfələrlə tirajlayıb.
Görünür ki, “təhsildə rüşvət” şüarı M.Mərdanovla C.Bayramov arasında körpü salıb. Və bu körpünü yandırmayan, vasitəçi fiqur olan M.Cabbarov imiş.
Yeni təhsil naziri isə köhnəliyi yeniləyərək M.Mərdanoun təhsil sistemində kök saldığı dəyərsizlikləri qoruyub saxlamaqdadır.
Aralıqdakı nazir M.Cabbarov da bu eybəcərlikləri, çirkinlikləri tamamilə ortadan qaldırmayıbsa, neqativ estafeti C.Bayramova ötürübsə, deməli qısa müddətdə 3 nazirin timsalında fiqurların dəyişikliyinə şahidlik etmişik: adlar dəyişibmiş, əslində təhsil naziri elə M.Mərdanov imiş...
Məsələn, Saakaşvili vəzifədən gedəndə İvanişvili iqtidarına zərrə qədər problemlər saxlamamışdı. Söhbət rüşvət və s. daxili problemlərdən gedir.
M.Cabbarov isə M.Mərdanovdan “qidalanaraq” mənimsədiklərini C.Bayramova ötürüb. Bu da göz qabağındadır.
Nümunələrdən biridir ki, Şamaxıda məktəb direktoru G.Babaşova müəllimlərlə “qanuni oğru” dünyasının üzvü leksikonunda danışır.
Tələbin biri isə bir qəpik...Aylıq 150 manat maaş müəllim isə məktəb direktoruna xərac verməlidir. Çünki G.Babaşova tək deyil.
Deyilənə görə, ona nazirlikdə Daxili nəzarət şöbəsində Nicat adlı mübhəm, sirli məmur havadarlıq edir.
Bəli, C.Bayramovun rəhbərliyi altında da hamilər, himayəçilər, kuratorlar, “krişa”lar varmış - Mərdanov, Cabbarov dönəmi kimi...
anaxeber.info xatırladır ki, sözügedən məktəbin direktoru G.Babaşova rəhbərlikdən uzaqda olan anası Lütviyyə və bacısı Vəfa ilə birgə təhsil ocağını idarə edirlər.
Sabir qəsəbəsinin orta məktəbini ailə podratına çevirmiş G.Babaşova nümunəsində Azərbaycan təhsilinin nə vəziyyətdə olduğu əksini tapır.
Ona görədir ki, qəbul imtahanında abituriyentlərin yarıdan çoxu keçid balını toplaya bilmir, yerdə qalanı isə 250-300 balla ali məktəblərə daxil olurlar. Çünki tədris yoxdur.
C.Bayramovdan gözləntilər ondan ibarət idi ki, ölkə təhsilində inqilabi dəyişiliklər edəcək.
Amma belə nəticə hasil olur ki, nəinki M.Cabbarov, hətta M.Mərdanov dövrünə şükür etmək zamanı yaxınlaşmaqdadır.
G.Babaşova tək deyil, onun kimi xeyli sayda orta məktəb direktorları, kollec rəhbərləri, peşə məktəbi müdirləri, rektorlar, nazirlikdəki Nicat adlı məmurlar kimi çinovniklər Azərbaycan təhsilini uçuruma aparmaqdadır, genofondu məhv etməkdədir.
Yada salaq ki, adıçəkilən məktəbdə direktorun ana-bacısı olan hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərini də kollektivdə dava-dalaşa çəkməklə məşğuldurlar.
Onlar dərs mühitinin pozulmasına, şagird-müəllim-valideyn-məktəb münasibətlərinin gərgin vəziyyətə gətirilməsinə səbəb olublar.
Dərs yükünün bölgüsü məsələsində də, əvvəlcə ailə üzvləri təmin olunur. Anasına 34 saat, bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbdə təşkilatçı müavin təyin olunmasına baxmayaraq vəzifə səlahiyyətini aşaraq 12 saat dərs verib.
Bundan əlavə, yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Nəticədə həmin dərslərin keçirilməsində yaranmış problemləri, xadimələrin və yuxarı sinifdə oxuyan qohumu olan şagirdlərin vasitəsi ilə təmin edir.
Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiniz, deyin” deməklə Təhsil Nazirliyində adamı olmaqla hədə-qorxu gəlir.
Yazının girişində qeyd edildiyi kimi - səs yazısında direktor müəllimlərdən pul tələb edir, orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:
“Mən bilirəm burda nəzərə alınmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir.
Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımçıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.
Üstəgəl, məktəb işçilərinə feodal kimi hökmranlıq edərək öz avtomobilini yuduzduran direktor hələ də iş başındadır və bu, yeni nazirin fəaliyyətində fiaskodur...
Bildirək ki, son materialdan - avtomobilin yuyulmasından sonra video görüntüdə yer alan şəxslərdən izahat alınıb.
Məktəb işçilərinə izahat yazdırılıb ki, onlar direktorun maşınını məcburiyyətlə yox, könüllü şəkildə, öz istəkləri ilə yuyurmuşlar(?)
Dəhşət!!! Rəzalət!!! M.Mərdanov vaxtında müəllimlər “moyka” işi görmürdülər, ən azı...
Habelə, Babaşovanın “ölü canları”nın konkret adları var. Həmin müraciətə cumhuriyyet.az təqdim etmişdi:
Mərdanov Agadur
Məmmədov Hacı
Manafov Manaf
Quliyeva Gültəkin
Bu azmış kimi, direktor tərəfindən müəllimlərə saxta sertifikatların verilməsi faktı da maraq doğurur.
Babaşova Moskvada “УниверситетИнформационных Технологий”–nin 72 saatlıq kompüter kursunu bitirmək haqda rektor А.B.Şkredin adından saxta sənəd tərtib edərək müəllimlərə 100 manatdan satıb. Halal olsun!!!
Sertifikat almış müəllimlərin nəinki hansısa ölkəyə getməsi, heç Şamaxıdan kənara çıxması faktı olmayıb.
Başqa söz qalmır, Sabirlər, Nəsimilər yetişdirmiş elm ocaqlarından olan Şamaxıda təhsilə başdaşı qoyulub..
Bundan sonra qarşı tərəfi dinləməyə hazırıq, görəsən nə deyəcək?!...
anaxeber.info
[media=//www.youtube.com/watch?v=qrCJnkZOxHQ]
[media=//www.youtube.com/watch?v=CcyG6oGnuk0]