Ərazilərin qaytarlmasını tələb edən Ter-Petrosyandan QARABAĞLA BAĞLI ŞOK ÇAĞIRIŞ

4-06-2018, 10:59   



Ərazilərin qaytarlmasını tələb edən Ter-Petrosyandan QARABAĞLA BAĞLI ŞOK ÇAĞIRIŞ


 


Ermənistanın işğal etdiyi əraziləri azad etməsi və Dağlıq Qarabağ münaqişəsinin təcili şəkildə həlli edilməsi ilə bağlı fikirlərlə daim gündəmə gələn keçmiş prezident, “Erməni milli konqresi” partiyasının lideri Levon Ter-Petrosyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin İrəvan tərəfindən Xankəndində yaradılmış qondarma rejimə etiraz etməsini şərh edib.

 

Ter-Petrosyan İrəvandakı inqilabın Xankəndinə yayılmasının təhlükəli olduğunu bildirib.

“İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir. Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər. Rəqibimiz (Azərbaycanı nəzərdə tutur - red.) bu situasiyadan istifadə etməyi unutmayacaq”, - deyə o iddia edib.

Ter-Petrosyan keçmiş prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, həmçinin, qondarma rejimin həbsdə olan keçmiş “müdafiə naziri” Samvel Babayana Qarabağda vəziyyəti sakitləşdirməyə kömək etmələri üçün çağırış edib.

Qeyd edib ki, S.Babayan təcili şəkildə həbsdən azad edilməlidir.

“İndi hərəkətə keçməsək, sonra gec olacaq”, - deyə o bildirib./publika.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.