Xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra bütün sərvətini xeyirli işlərə xərcləyən və ötən gün vəfat edən, müsəlman milyarder olaraq tanınan Ali Banat hər kəsə örnək olan həyat hekayəsini qoyub gedib.
“A24.az” türk mediasına istinadən xəbər verir ki, 36 yaşlı müsəlman milyarder Avstraliyada yaşayıb. Banat 2015-ci ildə xərçəng xəstəsi olduğunu və 7 aylıq ömrünün qaldığını öyrənir. Bundan sonra bütün var-dövlətini sataraq xeyirli işlərə sərf edir. O gündən Afrika ölkələrinə gedərək yoxsulluqdan əziyyət çəkənlərə kömək edir. Məktəb, məscid, ev və xəstəxanalar tikdirən müsəlman gəncin vəfatı bir çox insanları kədərləndirib.
Qeyd edək ki, Ali Banat Avstraliyanın Sidney şəhərində yaşayan gənc iş adamı olub. Bu gənc oğlan 30 yaşlarında olduqca təmtəraqlı həyat yaşayırdı. Milyon dollar dəyərində avtomobilləri, bir-birindən bahalı eynəkləri, daş-qaşlı aksesuarları, dünyanın ən bahalı markalarından olan ayaqqabı koleksiyası və daha nələri olan müsəlman gəncin sahib olmadığı heç bir şey yox idi. Ancaq Alinin luks həyatı 2015-ci ildə aldığı bir xəbərlə tamamilə dəyişir.
Xəstəliyi Allahdan gələn bir hədiyyə olaraq gördü…
Gənc oğlan bütün bədəninə yayılan xərçəng xəstəliyini “Allahdan gələn bir hədiyyə” olaraq görüb. Həkimlər ona 7 ay vaxt vermələrinə baxmayaraq o, 2 il yaşayıb. Bu müddət ərzində sərvətinin hamısını xeyirli işlər üçün xərcləyib. Bütün işlərindən imtina edərək Qərbi Afrika ölkəsi olan Toqoya gedir. Həmin ölkədə əhalinin 55 faizi yoxulluq içərisindədir.
“Dünyanın hər yerində müsəlmanlar” vəqfini yaratdı…
Banat həmin ölkədə çətin şəraitdə yaşayan müsəlmanlar üçün məscid və məktəb tikdirib. Daha sonra yardım göstərən fəaliyyətini genişləndirmək üçün “Dünyanın hər yerində müsəlmanlar” (MATW) adlı vəqfini yaradır. Toqoda 200 qul qadının ailələriylə qala biləcəyi şəhərcik və 600 yetimin oxuyacağı məktəb, yerli əhali üçün mini xəstəxana və sağlamlıq mərkəzi yaratmaq üçün layihənin gerçəkıəşdirilməsi planlaşdırıldı. Layihə üçün bu günə qədər 600 min İngilis funtu, təqribən 800 min dollar toplanıb.
“Həqiqi zənginliyin” arxasınca gedin MESAJI…
Xərçəng xəstəsi olduğu deyiləndən sonra 3 il ərzində həm müalicə aldı, həm də fəaliyyəti ilə məşğul oldu. Lakin Alinin bədəni xəstəlikdən dolayı mübarizə aparmayacaq vəziyyətə gələndə xəstəxanada yatmaq məcburiyyətində qalır. Buna baxmayaraq insanlara körmək etməkdən vaz keçmir və uzaqdan hər şeyi izləyirdi. Sonuncu dəfə paylaşdığı videoda isə insanlara “həqiqi zənginliyin” arxasından getmələrini nəsihət edib. May ayının 29-da vəfat edən Ali Banat özündən sonra hər kəsin ibrət alacağı bir həyat hekayəsi qoyub gedib. Həmin müraciət bundan ibarətdir:
“Qardaşlarım, həyatınız boyu qarşınıza bir hədəf qoyun və ona çatmağa çalışın. Gerçəkləşdirməyə çalışdığınız bir planınız, layihəniz olsun. Bunu özünüz etməsəniz belə, başqasına dəstək olun. Nəsə bir şeylər edin, çünki sorğu-sual olunacağımız gündə buna ehtiyacınız olacaq. Bu dünyanın arxasınca gedən qardaşlarımıza deyirəm, hər şey tez bir şəkildə dəyişir. Artıq dinimizdən çox, arzularımızın dalınca gedirik. Diqqətli olmalıyıq, çünki bu zarafat deyil, övladlarımıza, uşaqlarımıza, hər kəsə təsir edir…”
A24.az