Azərbaycanda güclü zəlzələ baş verib - YENİLƏNİB

5-06-2018, 23:53   

 

Xəbər verdiyimiz kimi, bu gün saat 22:40 radələrində Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, episentri Zaqatala rayonunda yerləşən zəlzələ qonşu Balakən rayonunda da hiss olunub.
Yeraltı təkanlar rayonda təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.
22:59
Zaqatala rayonunda zəlzələ baş verib.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 22:40-da Zaqatala rayonu ərazisində zəlzələ qeydə alınan yeraltı təkanların maqnitudası 5.5, dərinliyi 2 km olub.
22:49
Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, yeraltı təkanlar 22:35 radələrində qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.