Bakıda poçt rəislərindən aylıq 300 manat pul tələb olunur

18-06-2014, 15:49   
Bakıda poçt rəislərindən aylıq 300 manat pul tələb olunur
"Azərpoçt" MMC-nin rəhbərliyinin poçt müdirlərindən rüşvət tələb etdiyi iddiası ortaya çıxıb

"Azərpoçt" MMC-nin Bakıdakı yerli şöbələrinin rəhbərlərindən hər gün 10 manat haqq istənilir. Bu barədə JAM.AZ-a həmin poçtlarda çalışan əməliyyatçılar məlumat veriblər.

Onlar bildiriblər ki, "Azərpoçt"un rəhbərliyinin göstərişinə əsasən həmin məbləğ gün ərzində məcburi qaydada ödənilməlidir. Əks təqdirdə, poçt müdiri işdən çıxarılacaq. Məlumatda o da vurğulanır ki, bu pulu düzəltmək üçün əməliyyatçılar məcburiyyət qarşısında qalaraq, vətəndaşlardan əlavə pul almalı olurlar.

Xatırladaq ki, bir müddət əvvəl JAM.AZ "Azərpoçt" MMC-də baş verən neqativ hallar və korrupsiya ilə bağlı geniş məlumatlar yayımlamışdı. Həmin məlumatlarda MMC-nin rəhbəri Qəmbər Bəybalayevin öz qohumları və yaxın adamları vasitəsi ilə bir sıra maxinasiyada iştirak etdikləri qeyd olunurdu.

Məsələ ilə bağlı ilgili qurumların mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.