Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Tiflisdə baş verən aksiyaların arxasında ABŞ dayanır.
publika.az-a xəbər verir ki, bu iddia ilə “politikus” saytı çıxış edib.
Sayt yazır ki, Vaşinqton Azərbaycanın “Cənub qaz dəhlizi” layihəsinə xüsusi önəm verir: “Amerikalılar gələcəkdə bu layihəni genişləndirmək və Ermənistanı da bu layihəyə qoşmağı planlaşdırır. Bunun üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək və yalnız bundan sonra qazın Ermənistan ərazisindən çıxarılması mümkün ola bilər. Bu məqsədlə ABŞ Cənubi Qafqazda vəziyyəti nəzarətdən çıxarır. Gürcüstandakı aksiyalar da əslində son vaxtlar Rusiya ilə münasibətləri yoluna qoymaq istəyən hakimiyyətin dəyişməsinə hesablanıb”.
Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ ABŞ-a iki səbəbə görə mane olur.
“Birincisi, oradakı rejim Rusiyaya dost münasibəti bəsləyən “Qarabağ klanı”na bağlıdır. İkincisi, bu münaqişə Rusiyadan yan keçərək Avropaya qaz daşınmasına mane olur. Hesab etmək olar ki, Vaşinqton Rusiya sərhədlərində “gərginlik qövsü” yaratmaqla hədəfinə nail olmaq istəyir”, - deyə sayt vurğulayıb.