Həsən Ruhani: "Əgər şiələrin müqəddəs yerlərinə hücum etsələr, qarşılarında bizi görəcəklər"
İran prezidenti Həsən Ruhani İraq Şam İslam Dövləti terror təşkilatının işğalları ilə bağlı açıqlama verərək, bundan sonra tutacaqları mövqedən bəhs edib. JAM.AZ xəbər verir ki, Ruhani açıq şəkildə bildirib ki, bundan sonrakı mərhələdə boş oturmaq fikrində deyillər.
O qeyd edib ki, İraqda şiələrin müqəddəs yerləri qatil və terrorçulardan qorumaqda israrlıdırlar. "Müqəddəs yerləri qorumağda tərəddüd etməyəcəyik. Bir çox insan İraqa gedib, müqəddəs yerləri qorumağa və terrorçuları gəldikləri yerə göndərməyə hazırdırlar".