Jurnalist icra başçısının sifarişi ilə həbs olunub

18-06-2014, 15:53   

Tovuzun rəhbəri Tofiq Zeynalov rayonun problemləri ilə bağlı davamlı məlumatlat yayan Vüqar İsmayılovdan bu şəkildə canını qurtarmaq istəyib

Ötən günlərdə Nəqliyyat Nazirliyinin iki müfəttişi tərəfindən döyülən və çəkiliş apardığı zaman kamerası sındırılan Kanal 13 TV-nin əməkdaşı Vüqar Ismayilov Tovuz polisi tərəfindən saxlanılaraq, həbs olunub. Hadisə yerində çəkiliş aparan zaman nəqliyyat müfəttişləri tərəfindən döyüldükdən sonra, Baş Prokurorluğa, DİN rəhbərliyinə və ölkə başçısına müraciət edən jurnalistin şikayətinə baxılmayıb. Əksinə, onun həbsi reallaşdırılıb.

Vüqar İsmayılovun həbsi bir müddət əvvəldən planlaşdırılıbmış. Belə ki, Tovuz rayonunun problemləri barədə mütəmadi məlumatlar yayan jurnalistin artıq çoxları üçün başağrıya çevrildiyi bildirilir. Qeyd edilir ki, Vüqar İsmayılovun həbs edilməsini istəyən əsas şəxs isə rayonun icra başçısı Tofiq Zeynalov olub. Rəhbəri olduğu rayon haqqında "neqativ" məlumat yayan bir jurnalistin Tovuzda fəaliyyət göstərməsi ona "sərf etmirmiş".

Məlumatlı mənbə iddia edir ki, Vüqar İsmayılovun nəqliyyat müfəttişiləri ilə toqquşması da qurulmuş planın tərkib hissəsi olub. Daha doğrusu, plana əsasən onlar təxribat törətməli və bununla Vüqarı "oyuna" salmalıymışlar. Və ona hücum edərək döymələri, habelə kamerasını sındırmaları da elə bu məqsədi güdüb. İndi isə günahı onun üzərinə yıxaraq, həbsinə qərar verməyə çalışılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.