Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR

8-06-2018, 13:06   



Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR





Azərbaycanın Gürcüstandakı səfirinin gözü qarşısında dövlət bayrağımız tərsinə asılıb.

anaxeber.info diaspor.az-a istinadən xəbər verir ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Giorgi Tkemaladze arasında rəsmi görüş keçirilib.Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.

Qeyd edək ki,səfir öz dövlətini xarici ölkədə təmsil edən birinci dərəcəli səlahiyyətli şəxsdir.

Xatırladaq ki, D.Həsənov 2016-cı ilin dekabr ayından Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.