Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - şok təfsilat

9-06-2018, 10:16   


İki il əvvəl Moskva vilayətinin Mıtışi şəhərində 22 yaşlı Fransa vətəndaşını qətlə yetirən azərbaycanlıların məhkəməsi başlayır.

Musavat.com-un yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə sədrinin köməkçisi Olqa Vradi bildirib.

Xanım Vradinin dediyinə görə, hadisə 2016-cı ilin dekabrında baş verib. Azərbaycan vətəndaşları Moskva şəhərindəki barların birində Fransa və Britaniya vətəndaşlarıyla tanış olublar. Birlikdə pivə içən zaman azərbaycanlılardan biri onların tualetə getməyindən istifadə edərək pivə bokallarının içinə klozarin töküb.

Hər ikisi yatandan sonra azərbaycanlılar onları Mıtışi yaxınlığındakı meşəyə aparıblar. Onların 1,3 milyon rubl pulunu əllərindən alaraq meşəyə atıb gediblər. 30 dərəcə şaxtada qalan Fransa vətəndaşı vəfat edib. Britaniya vətəndaşı isə möcüzə nəticəsində sağ qalıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.