Ukrayna atəşi birtərəfli qaydada dayandırır

18-06-2014, 15:57   
Ukrayna atəşi birtərəfli qaydada dayandırır
İyunun 18-də Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatı yayılıb.

“Media forum” saytı xəbər verir ki, bəyanatda deyilir: “Qanunsuz silahlıların tərksilah olunmasına imkan yaratmaq üçün Ukrayna ölkənin şərqində atəşi birtərəfli qaydada dayandıracaq. Plan mənim birtərəfli qaydada atəşkəs əmrimdən başlanır. Bundan dərhal sonra biz qısa müddətdə Donbas hadisələrinin bütün iştirakçılarından prezidentin sülh planına dəstək almalıyıq. Atəşkəs çox qısa çəkəcək və bu vaxt ərzində qanunsuz silahlı qruplaşmalar silahı yerə qoymalı, istəyənlər Ukraynanı tərk etməli, bölgədə qayda-qanun yaradılmalıdır”.

2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100-dən çox adam ölüb. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb.

Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar. Özünü müstəqil respublikalar elan etmiş Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlərdə yüzlərlə adam həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.