Rusiya ilə onun KTMT hərbi blokundakı müttəfiqləri-Qazaxıstan və Ermənistan arasında münaqişəli situasiyalar artır. Virtualaz.org xəbər verir ki, Moskva Ermənistan ərazisində ABŞ-ın bioloji laboratoriyasının fəaliyyət göstərməsindən və Qazaxıstanın ABŞ Müdafiə Nazirliyinə hərbi yükləri Xəzər limanlarından daşımaq üçün infrastruktur yaratmağa icazə verməsindən bərk narazıdır. Məsələ bu gün iyunun 11-də Alma-Atada KTMT xarici işlər nazirlərinin toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən qaldırılıb. Məlumatı “Kommersant” yayıb.
KTMT xarici işlər nazirlərinin Alma-Ata toplantısının rəsmi gündəliyinə əsasən tərəflər bu blok çərçivəsində xarici siyasət koordinasiyası, beynəlxalq və regional təhlükəsizlik problemləri barədə müzakirələr aparıblar. Lakin Sergey Lavrov hələ toplantıdan əvvəl KTMT-dən olan bəzi həmkarları ilə danışıb. Rusiya xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitindən qayıdarkən Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanovu və Tacikistan xarici işlər naziri Sirociddin Aslovu da öz təyyarəsinə götürüb. Alma-Atada isə onları Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan, Belarus xarici işlər nazirinin müavini Andrey Dapkyunas və Qırğızıstan XİN-in stats-katibi Aybek Omokayev gözləyirdilər.
Nazirlər iyunun 10-da axşam qeyri-rəsmi formatda görüşüblər, bu gün səhər isə rəsmi formatda danışıqlara davam ediblər. Rusiya nümayəndə heyətindəki mənbə deyib ki, Lavrov bu görüşdə Moskva üçün həssas məsələləri qaldırıb. Bunlardan biri Amerika hərbi yüklərinin Xəzərdəki Kurık və Aktau limanlarından istifadə olunmaqla Qazaxıstan üzərindən Əfqanıstana daşınmasına dair bu yaxınlarda təsdiqləniş sazişdir.Razılaşma hələ ötən ildə əldə olunub, bu ilin yanvarında prezident Nursultan Nazarbayevin Vaşinqtona səfəri zamanı imzalanıb. Mart ayında parlament sazişi ratifikasiya edib. May ayında isə Nazarbayev sənədin qüvvəyə minməsi barədə fərmanı imzalayıb.
“Kommersant”ı məlumatlandıran diplomatik qaynaq deyib ki, bu razılaşma Moskva üçün tamamilə sürpriz olub. Özü də xoşaglməz sürpriz. “Rusiya mütəxəssislərinin hesablamalarına görə Xəzər limanlarından istifadə etməklə Əfqanıstana yüklərin daşınması iqtisadi və logistika baxımından sərfəli deyil. Biz bundan çıxış edirik ki, amerikalılara bu razılaşma Xəzərdə iştirak, burada öz infrastrukturlarını qurmaq üçün lazımdır”-diplomat izah edib. Lakin mənbə bildirib ki, Qazaxıstan bu razılaşma ilə bağlı nəinki Rusiya ilə məsləhətləşməyib, üstəlik onu öz planları barədə məlumatlandırmayıb.
Qazaxıstan tərəfi isə buna belə izah verib ki, yüklərin tranziti heç bir ABŞ hərbi infrastrukturunun yaradılmasını nəzərdə tutmur və ümumiyyətlə bu, Astananın ardıcıl siyasətidir. Çünki bir vaxtlar ABŞ yükləri Rusiya üzərindən Əfqanıstana daşınırdı, sonra münasibətlər korlandı və tranzit dayandı. “Biz də bu işi davam etdiririk, hesab edirik ki, radikallarla özgə ərazilərində məsələni ayrıd etmək daha yaxşıdır, nəinki bizim ərazilərdə”-Qazaxıstan nümayəndə heyətindəki mənbə bildirib.
Rusiya nümayəndə heyətindəki mənbə isə deyib ki, Alma-Atada danışıqlardan sonra Kayrat Abdrəhmanov Lavrova and içərək Amerika hərbçilərinin Qazaxıstanın Xəzərdəki limanlarında peyda olmayacağına onu inandırmağa çalışın. Amma Moskva hərbi geyimdə olmasa belə amerikalıların bu limanda görünməsini istəmir.
Daha bir münaqişəli vəziyyət isə Ermənistan və Qazaxıstan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriyalarla bağlıdır. “Bizim xüsusi xidmətlər və alimlər həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır?”-rusiyalı diplomat deyib. Mənbə əlavə edib ki, Moskva Ermənistan və Qazaxıstandakı həmin bioloji laboratoriyalara çıxış əldə etmək istəyir. Məlumata görə hətta Yerevanla bioloji tədqiqatlar sahəsində əməkdaşlığa dair ayrıca sənədin imzalanması nəzərdə tutulur.
Virtualaz.org