Lavrov Əliyevə müharibə zəmanəti verəcək

18-06-2014, 16:00   
Lavrov Əliyevə müharibə zəmanəti verəcək
“Rusiya ona qarşı olan bütün layihələrin hər birini məhv etməyə çalışacaq”.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün gerçəkləşəcək səfərindən xüsusi narahatlıq keçirən erməni mediası növbəti yazısında bu iddia ilə çıxış edib. Bu dəfə erməni jurnalisti Naira Ayrumyan öz yazısında Lavrovun Bakıda Transxəzər qaz kəmərinə mane olmaqdan ötrü çalışacağını deyib:

“Lavrov “Cənub axını” layihəsi ilə bağlı heç bir uğur əldə etmədi. Buna görə də Rusiya ona qarşı olan bütün layihələrin hər birini məhv etməyə çalışır. Lavrov Bakıya da elə bunun üçün gedir. Transxəzər qaz kəməri onun hədəfində duran ilk layihədir. Lavrov Bakını razı salmaqdan ötrü bütün imkanlardan istifadə edəcək. Hətta Bakıya gözlənilməz təkliflər də edilə bilər. Ən əsası isə Moskvanın Əliyevə zəmanətli müharibə təklif etməsi ola bilər. Ona görə də istənilən halda Ermənistan uduzacaq”.

Xatırladaq ki, Sergey Lavrovun Bakıya səfəri bu gün başlayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.