Paşinyan həddini aşdı: Bakıya qarşı... - Video

17-06-2018, 17:32   

 


[media=//www.youtube.com/watch?v=_7vhbECbfCA]


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Axar.az xəbər verir ki, Paşinyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Bundan sonra o, Saakyanla birgə Xocavənd rayonunun Çartar kəndindəki Surb Vardanank kilsəsinin açılışına yollanıb.
Qeyd edək ki, bu kilsənin tikilişinə pulu 2014-cü ildə əslən erməni olan rusiyalı iş adamı Vladimir Avaqyan ayırıb.
***
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.
Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.
Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın Müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının Baş inspektoru Movses Akopyan, qondarma rejimin Müdafiə naziri Levon Mnatsakanyan müşayiət edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.