İraqın Kərkük şəhərində Səhiyyə Nazirliyinin Planlaşdırma dairəsinin rəhbəri İstibrak Əbdüllətif sui-qəsd nəticəsində evində öldürülüb.Axar.az xəbər verir ki, bu barədə Kərkük polis idarəsinin mətbuat xidmətinin rəhbəri Afrasyav Kamil deyib. O bildirib ki, cinayətkarların kimliyi bəlli deyil və bununla bağlı araşdırma aparılır.
Kamil Əbdüllətifin atasının da evdə ölü halda tapıldığı qeyd edib.
Xatırladaq ki, son 8 ayda müxtəlif zümrələrdən olan 21 türkman (azərbaycanlı) sui-qəsd nəticəsində öldürülüb.