İcra başçısından kütləvi zəhərlənməyə ilginc reaksiya:"Küləyin təsirindən bir neçə nəfərdə yüngül baş gicəllənmə olub"

19-06-2018, 18:18   

“Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib:

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: “Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.