“Naxçıvanda çox uğurlu əməliyyat keçirilib”.
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.
* * *12:19
"Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar". Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
"Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi.
Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir.
Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır", - deyə nazir vurğulayıb.
* * *11:45
"Təxminən bir il, il yarım əvvəl ajiotaj yaranmışdı ki, düşmən hansısa raketlər alıb. Mən o vaxt bəyan etdim, bildirdim ki, bizim hava hücumundan müdafiə vasitələrimiz düşmənin silahlanmasında yer alan istənilən raketi neytrallaşdırmaq imkanındadır. İndi isə Azərbaycan ordusu düşmənin əlində olan raketlərdən daha uzaq məsafəli, daha dəqiq və zərbə gücü baxımından daha səmərəli raketlərlə silahlanıb. Siz bu raketləri bu günlərdə gördünüz".
Virtualaz.org xəbər verir ki, belə bəyanata müdafiə naziri Zakir Həsənov hərbi poliqonda keçirdiyi mətbuat konfransında çıxış edib.
Nazir bildirib ki, Azərbaycan ordusunun silahlanmasına daxil olan həmin raketlər alınmazdan əvvəl onların taktiki göstəriciləri, imkanları prezidentə məruzə olunub. Və həmin raketlərin alınması şəxsən prezidentin nəzarəti altında həyata keçirilib. Belə ki, prezident ordunun yüksək dəqiqlikli, uzaqvuran raketlərlə təmin edilməsi vəzifəsini qarşıya qoymuşdu və bu vəzifə qısa zamanda yerinə yetirildi.
* * *11:11
Bu gün, iyunun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
Virtualaz.org xəbər verir ki, burada şərti olaraq, Azərbaycan Ordusunun kursantlardan ibarət mexanikləşdirilmiş taqımı şərti düşmən üzərinə hücumu məşq edib. Məşğələnin planına uyğun olaraq, kursantlar, taqım və manqa komandirləri xəritə üzərində hücum planını müzakirə ediblər, döyüş tapşırıqları verilib. Döyüş tapşırıqlarına əsasən, mexanikləşdirilmiş taqım düşmən üzərinə tankın və piyada döyüş maşınlarının dəstəyi ilə hücuma keçib. Onların atəş nöqtələrinə zərbə endirilib və təyin olunmuş vaxtda bölmələr düşmən mövqelərini tutaraq nəzərdə tutulmuş xətt üzrə möhkəmləniblər.
Müdafiə naziri kursantlara öz tövsiyələrini verib. Hazırda tədbir davam edir, müdafiə naziri Zakir Həsənov snayeperlərin hazırlığı mərkəzinin atış sahəsindədir. Burada Azərbaycan Ordusunun snayper hazırlığı kursunun müdavimləri təlim məşq tapşırıqlarını yerinə yetirirlər.
Virtualaz.org