Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan piyadaların silahından istifadə edəcək.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, “Milli Piyada Tüfəngi”nin qısaldılmış forması “MPT” 7, 62 mm çaplıdır. 200 ədəd “MPT-76” Quru Qoşunlarına artıq təqdim edilib. Bu silah Türkiyə mühəndisləri və işçiləri tərəfindən hazırlanıb.
Onun bütün sənaye, ideya və mülkiyyət hüququ Türkiyə Müdafiə Sənayesi Katibliyinə məxsusdur. Silahın kütləvi istehsalına 2014-cü ilin sonundan başlanılacaq. Mənbə bildirib ki, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan və Cənubi Koreya “MPT-76” ilə maraqlanır.