Milli Məclisin deputatı, İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə ötən gün ailəsi ilə birgə dənizkənarı restoranların birində istirahət edib.
Milli.Az xəbər verir ki, deputatın övladı bəstəkar Aygün Səmədzadə, nəvəsi Ülkər Bağırlı və nişanlısı Əmrullah məclisdə iştirak ediblər. Onlar mehriban ailə şəkillərini sosial şəbəkələrdə paylaşıblar. Qeyd edək ki, Ülkər Bağırlı və Əmrullahın nişanı aprel ayının 26-da baş tutmuşdu. İyunun 25-də isə Z.Səmədzadənin ad günüdür. Virtualaz.org xatırladır ki, akademik-deputatın 74 yaşı tamam olur.