"Yetər ki, Rusiya neytral qalsın, ordumuz bir həftəyə bütün Qarabağı işğalçılardan təmizləyər"

30-06-2018, 10:48   


 

Biz hansı mifi dağıtdıq?..

İki il bundan əvvəl baş tutmuş uğurlu aprel döyüşlərindən sonra Naxçıvanda da ilk hərbi qələbənin əldə olunması heç sözsüz ki, artıq tendensiyadan xəbər verir. Azərbaycan ordusu özü haqqında indiyədək quraşdırılımış neqativ mifi – guya ki, Azərbaycanın arxasında Rusiya dayanan və Kreml təmsilçilərinin açıq-aşkar “bizim forpost” adlandırdığı Ermənistana heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağı haqda deyilənləri - ikinci dəfə alt-üst etdi və bir daha göstərdi ki, regionun siyasi, iqtisadi və demoqrafik lideri kindirsə, onun hərbi lideri də odur.

Diqqət etdinizsə, yazmadıq ki, Ermənistan ordusu haqqındakı mif dağıldı, yox, yazdıq ki, Azərbaycan öz xalqı və ordusu haqqında illərlə quraşdırılan neqativ və aşağılayıcı əfsanələri alt-üst etdi.

Ona görə belə yazdıq ki, heç vaxt Ermənistan ordusu deyilən mif olmayıb (axı Ermənistan özü nədir ki, onun ordusu da nəsə olsun!), özümüz də dəfələrlə qeyd etmişik ki, Ermənistanın “gücü” (əgər belə demək mümkünsə!) onun Rusiya ilə geosiyasi ittifaqındadır. Yetər ki, həmin ittifaq azacıq “çat” versin, ertəsi gün Azərbaycanın ordusu öz gücünə Xankəndində və Şuşada olacaq...

ÐаÑÑинки по запÑоÑÑ aprel döyüÅlÉri

Bəli, bizim dövlət və hökumət təmsilçilərimiz diplomatik şəkildə, bir az başqa cür –“Ermənistan ordusu haqqındakı mifi dağıtdıq!” deyə bilərlər, çünki onlar durub açıq şəkildə deyə bilməzlər ki, Rusiyanın forpostunun “ordusu” haqdakı mifi dağıtdıq. Amma biz siyasətçi deyilik, adi jurnalistlər və yaxud da siyasi təhlilçilərik, ona görə də hər şeyi olduğu kimi demək imkanımız var və deməliyik də.

Məgər Ermənistan “ordusu” haqqında ən dolğun təsəvvürü bu gün həmin ölkədə korrupsiya ilə bağlı aparılan araşdırmalar vermirmi? Bir “ordu”da əsgər yeməyə çörək tapmaya, onun döyüş əzmindən danışmaq olarmı? Bir ordunun generalı əsgərlər üçün nəzərdə tutulan yeməyi öz heyvanlarına yedizdirirsə, belə orduda yüksək mənəvi – psixoloji durum haqqında danışmaq olarmı?

Ən başlıcası isə, bir daha deyirik ki, Ermənistan özü nədir ki, onun ordusu da nəsə olsun? Bunlar nə vaxt dövlət, ordu görüblər ki, durub indi buna iddia etsinlər? Sadəcə, uzun müddət Rusiyanın təbliğat maşını məqsədyünlü şəkildə təxribat yaymaqla məşğul idi: Ermənistan bir tərəfə, ruslar hərbi icmallarda və hesabatlarda belə fikir aşılayırdılar ki, guya, qondarma “dqr”-in “ordu”su regionun ən güclü ordusudur! Məgər gülməli deyilmi? Axı vur - tut beş - on min nəfərdən ibarət olan bu ac və ələbaxım bölgənin hansı ordusu ola bilər?

ÐаÑÑинки по запÑоÑÑ ermÉnistan ordusu

Sadəcə, bunda rusların marağı vardı: təsəvvür yaratmaq istəyirdilər ki, guya burada onlarlıq bir iş yoxdur, vuruşan erməni ordusudur, Kremlsə gecə - gündüz ona çalışır ki, bunları bir təhər barışdırsın. Amma özümüz ki, həqiqəti bilirik...

Bir daha deyirik ki, bizim üçün yetər ki, Rusiya sadəcə, neytral qalsın, ordumuz bircə həftənin içində bütün Qarabağı işğalçılardan təmizləmək gücündədir.

Düşünürük ki, ermənilər də bunu anlayır. Bəlkə də bunun nəticəsidir ki, Paşinyan hər gün bir bəyanat verir, özü də bir saat bundan əvvəl dediyini artıq xatırlamır.
Elə bu son günlərdə də dedi ki, Azərbaycan ordusunun Naxçıvanda kəndi qaytarması haqda xəbərlər guya ki, yalandır, orada da vəziyyətə guya Ermənistan ordusu nəzarət edir! Bunun ağ yalan olması bir yana, soruşan lazımdır ki, Qarabağ hara, Naxçıvan hara? Ermənistan ordusunun Naxçıvanda nə işi var? Gah deyir ki, Qarabağda Ermənistan ordusu “yox”dur, gah da doğmaca oğlunu xidmət keçməkçün Qarabağa göndərir – gəl, indi bundan baş aç, görüm, necə açırsan...
Amma ehtiyac yoxdur, indi ermənilərin tapmaca tapmaq vaxtıdır. Bizsə işimizlə məşğul olmalıyıq. İnşallah, bir-iki həmlədən sonra görəcəyik ki, artıq Dağlıq Qarabağın tam içərilərinə nəzarət edirik.

ÐаÑÑинки по запÑоÑÑ aprel döyüÅlÉri

Bax, onda əsl çaxnaşma başlayacaq, özləri qaçıb gələcəklər ki, bəs danışmaq istəyirik və o zaman həqiqətən də substantiv danışıqlar üçün şərait yaranacaq, çünki təcavüzkara güc göstərməsən, o, özü heç halda güzəştə getməz, əksinə prosesi uzatmağa çalışacaq, ona görə ki, zaman mala kimidir, çox kələ-kötürləri hamarlayır. Ermənistanda da indiyədək buna ümid edirdilər.

İndi iki odun arasında qalıblar. Bir tərəfdən başa düşürlər ki, Kremlin ətəyini buraxsalar Qarabağ gedəcək – Azərbaycan əsgəri onu ikicə günə qaytaracaq.
Digər tərəfdən isə, iqtisadi reallıqlar da bunlara çox güc gəlir, yaşaya bilmir və çörək istəyirlər. Ötən həftə AB ilə təmas qurmağa çalışdılar və rus mediası “Ermənistan AB ilə ötən il imzaladığı sazişə işlək məzmun verməyə, onun genişləndirməyə və təkimilləşdirməyə çalışır” – deyə səs – küy salsa da, ciddi bir iş olmadı.

ÐаÑÑинки по запÑоÑÑ Ð°ÑÐ¼ÐµÐ½Ð¸Ñ ÐµÐ²ÑоÑоÑз ÑоÑÑиÑ

Məsələ bundadır ki, AB ilə intensiv əlaqələrin Kremli qıcıqlandıracağından ehtiyat edirlər. Üstəlik, ölkə hələki Avrasya Birliyinin də üzvü olaraq qalır və bu da problem yaradır. Eləcə də N.Paşinyan anlayır ki, ölkədə hakimiyyət məsələsi tam həll olmamış Kremli duyuq salmaq olmaz.
Bu səbəbdən də bizim optimist olmağımız üçün çox əsas var: maraqlı hadisələr hələ qabaqdadır...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.