İŞİD Bağdadı tuta bilmədi

19-06-2014, 12:22   
İŞİD Bağdadı tuta bilmədi
Paytaxt Bağdadın sakinləri kütləvi şəkildə azuqə və su ehtiyatı yığır

İraq ordusunun hərbçiləri “İraq Şam İslam Dövləti” qruplaşmasının döyüşçüləri tərəfindən işğal edilmiş Təl-Afar şəhərinə nəzarəti yenidən ələ alıb. ANS TV-nin məlumatına görə, ordu paytaxt Bağdaddan 60 kilometr məsafədə yerləşən Bakubə şəhərindən də döyüşçüləri sıxışdırıb çıxardıb.

Bununla da, “İŞİD”in paytaxt Bağdada daxil olmaq planı hələlik baş tutmayıb. İraqın Baş naziri Nuri əl-Maliki kürd və sünni icmalarının liderlərinə birgə bəyanat ünvanlayaraq, döyüşçüləri silahı yerə qoymağa çağırıb.

Paytaxt Bağdadın sakinləri kütləvi şəkildə azuqə və su ehtiyatı yığır.

İraqın şimalının bir neçə strateji əhəmiyyətli şəhəri isə “İraq Şam İslam Dövləti”nin döyüşçülərinin nəzarəti altındadır.
[media=http://www.youtube.com/watch?v=lJrOq4p4yqg]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.