Vasif Talıbov “Gülən məktəbləri”ni bağlamayacaq

19-06-2014, 13:58   
Vasif Talıbov “Gülən məktəbləri”ni bağlamayacaq
“Qafqaz Universiteti bağlanmayacaq. Naxçıvandakı türk liseyləri də fəaliyyətini davam etdirəcək”.

Bunu virtualaz.org saytına açıqlamasında Qafqaz Universitetinin prorektoru Natiq Paşa deyib.

Natiq Paşa Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə “Araz” kursları ilə bərabər 1 gimnaziya, 11 lisey və Qafqaz Universitetinin daxil olduğunu dedi.

Prorektor Qafqaz Universitetinin Beynəlxalq Təhsil Kompleksinin tərkibində olsa da bu qərarın ali məktəbi əhatə etmədiyini və onun fəaliyyətini davam etdirəcəyini bildirdi.

Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və bağlanması üçün Təhsil Nazirliyinə müraciət edilən 11 lisey bunlardır: Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi, Şirvan liseyi.

Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyətini dayandırmır. Səbəb isə onların Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olmamasıdır. Naxçıvanda olan liseylər Naxçıvan MR Təhsil Nazirliyi və “Zaman öyrətim” təhsil şirkəti nəzdində fəaliyyət göstərir.

Bağlanan “Araz” kurslarını isə hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzlərində 13 şöbəsi var. Bunlar paytaxtdakı Bakı, Xətai, Sabunçu, Nərimanov, digər bölgələrdə olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qaxdakı “Araz” kurslarıdır.

Naxçıvanda da “Araz” kursu fəaliyyət göstərir. Lakin bu kurs “Araz kursları” MMC-nin nəzdində olmadığından onun da fəaliyyəti davam etdiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.