Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyev də zərərsizləşdirilb.
O, hüquq-mühafizə orqanları əməkdaşlarının ötən gecə keçirdiyi keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Qeyd edək ki, Rəşad Böyükkişiyev barəsində axtarış elan edilmişdi.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərin dünən yaydığı birgə məlumata görə, Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. /Modern.az/