Trampın Putinlə tarixi görüşü; Vaşinqtondan sərt etirazlar

17-07-2018, 08:46   
 
İyulun 16-da ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Helsinkidə tarixi görüşü baş tutub. Görüş bağlı qapılar arxasında, yalnız tərcüməçilərin şahidliyi ilə keçirilib.
Prezidentlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Onlar Helsinki görüşünü 2 ölkə arasında son dərəcə gərginləşmiş münasibətlərin qaydaya salınması istiqamətində ilk addım kimi qiymətləndiriblər.
Putin görüşü “çox uğurlu və faydalı” adlandırıb və deyib ki, həmkarı ilə silahlara nəzarət, Suriya və Ukraynada münaqişələr, ticarət və başqa məsələləri müzakirə ediblər.
Putin deyib ki, Trump müzakirələr zamanı Rusiyanın 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsi məsələsini də qaldırıb. O, Moskvanın Amerika seçkisinə müdaxiləsini bir daha danıb.
Rusiya prezidenti elə mətbuat konfransındaca ABŞ seçkilərinə Moskvanın müdaxiləsinə dair istintaqa rəhbərlik edən xüsusi prokuror Robert Muelleri ölkəsinə dəvət edib.
Bu mövzuda Trampın dedikləri isə Putinin yanaşması ilə üst-üstə düşüb və bu, ABŞ siyasi elitasında sərt reaksiya doğurub.
Tram deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxilə məsələsi barədə Putinə birbaşa müraciət edib və onlar bu barədə xeyli söhbət ediblər. Lakin Trump bu söhbətin detallarını açmayıb və müzakirənin nə ilə nəticələndiyini də deməyib.

Jurnalistlərdən birinin israrlı suallarına cavab olaraq Tramp Putinin bu iddianı “güclü şəkildə” təkzib etdiyini deyib.
Tramp bu məsələ ilə bağlı ABŞ-da istintaq aparılmasını ağılsızlıq adlandırıb. “Məncə Birləşmiş Ştatlar ağılsız olub, biz hamımız ağılsız olmuşuq. Bu istintaq ölkəmiz üçün faciədir, bizi bir-birimizdən uzaq saxlayıb. Heç bir əməkdaşlıq olmayıb”, – deyə o, bildirib.
Jurnalistlərdən biri ABŞ prezidentəndən soruşub ki, seçkilərə Moskvanın müdaxiləsi məsələsində daha çox öz kəşfiyyat orqanlarına inanır, yoxsa Rusiya prezidenti Putinə? Tramp suala birbaşa cavab verməkdən yayınıb:
“Adamlar yanıma gəldi, Dan Coates (Milli Kəşfiyyat direktoru) və digərləri, dedilər ki, onlar bunu Rusiyanın etdiyini düşünürlər. Prezident Putin bunu Rusiyanın etmədiyini deyir. Mən onların bunu niyə edəcəyinə bir səbəb görmürəm.”
Trampın bu sözləri ABŞ-da kəskin şəkildə tənqid olunub.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, Jon Brennan Twitter-də yazıb: “Donald Trampın Helsinkidə mətbuat konfransındakı çıxışı ağır cinayətlər və yaramazlığın səddinə çatıb və onu aşıb. Bu, xəyanətdən başqa bir şey deyil. Trampın sözləri nəinki kəmağıldır, o, tamamilə Putinin cibindədir. Respublikaçı vətənpərvərlər haradasınız?”.
Demokratların lideri Nanci Pelosi isə tvitində bunları yazıb: “Bir neçə gün əvvəl 12 rusiyalı bizim demokratiyamıza qarşı hücum etdiklərinə görə rəsmən ittiham olunublar. Bu gün isə Amerikanın üzdəniraq lideri utanverici bir şəkildə bu hücumun arxasında duran adama qarşı möhkəm dura bilməyib. Həqiqətən də Putinin Tramp üzərində nəyi var ki, Tramp ondan bu qədər qorxur?”
Trampın öz partiyasından Arizona ştatı senatoru Jeff Lake isə Twitter-də məsələyə belə münasibət bildirib: “Mən heç vaxt düşünmürdüm o günü görəcəm ki, Amerika prezidenti Rusiya prezidenti ilə səhnə paylaşsın və Rusyia aqqresiyasına görə Birləşmiş Ştatları təqsirləndirsin. Bu utancvericidir.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.