Araz Əzimov ermənilərin Bakıya gəlməsinə pis baxmır

19-06-2014, 15:22   
Araz Əzimov ermənilərin Bakıya gəlməsinə pis baxmır
“Bakıda keçirilən NATO Parlament Assambleyasının 86-cı “Rose-Roth” seminarında erməni deputatlar öz mahiyyətlərini göstərdilər və bu, bizim üçün təəccüblü olmadı, çünki biz onları tanıyırıq. Lakin onlar beynəlxalq ictimaiyyət arasında, NATO-ya üzv olan ölkələrin parlament nümayəndələri qarşısında da bu mahiyyətlərini nümayiş etdirdilər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun fikrincə, ermənilərin toplantıda iştirakı bir tərəfdən çox faydalı və vacib olub: “Onlar Bakıya gələrək nə isə görüblər, bəlkə nə isə anlayıblar. Getdikcə nə qədər fikir dönüşlərinə nail olsaq, o qədər yaxşıdır”.

A. Əzimov hesab edir ki, Ermənistanda fərqli düşünən insanların sayının artması vacibdir: “Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda faşist konsepsiyası əsasında qurulmuş həmrəylik var. Amma bu həmrəylik qorxuya əsaslanır, burada başqa düşüncəyə yer yoxdur. Bu, mənfi haldır. Azərbaycanla sülh mühitində yaşamağı düşünən və bunun üçün nə etməliyik sualına cavab axtarmağa çalışan ermənilərin sayı artmalıdır. Buna görə, bir-iki erməni deputatın Bakıya gəlməsi, yeməsi, burada qalıb, burada baş verənləri görməsi məncə, pis olmaz".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.