TRAMP ABŞ-ın HANSI AXMAQLIQLARINDAN İMTİNA EDİR? - O, Putinin “cibindədir”, yoxsa…?

19-07-2018, 09:57   
 
Vladimir Putin ilə keçirdiyi müştərək mətbuat konfransının əvvəlində Tramp deyib ki, ABŞ və Rusiya arasındakı münasibət heç zaman bu cür pis olmayıb. Sonradan isə o əlavə edib: “Hər şey təxminən dörd saat bundan əvvəl dəyişib.”
Bu həqiqətən də belədir. Tramp özünün Brüseldəki NATO sammitindəki və eləcədə Helsinkidəki bəyanatında ölkəsinin, həmçinin də öz prezidentliyinin taleyini müəyyənləşdirən ABŞ xarici siyasətindəki tarixi hərəkətlənmə barədə xəbərdarlıq edib.
Tramp Amerikanın xarici siyasətinin fundamental prinsiplərini qəbul etmir. Bu prinsiplər soyuq müharibənin başa çatmasından sonra meydana gəlib. Rusiya ilə Amerika arasındakı mürəkkəb münasibətlərin məsuliyyətini Vladimir Putinin üzərinə yox, məhz ABŞ isteblişmentinin üzərinə qoyub.
Putinlə görüşdən əvvəl öz twitter səhifəsində Tramp ABŞ-ın hər iki partiyasını ittiham edərək bildirib: “Bizim Rusiya ilə münasibətlərimiz hələ heç zaman ABŞ xarici siyasətinin çoxillik axmaqlığı və indi isə saxta cadugər ovu ucbatından bu cür pis olmamışdı!”
Beləliklə,Tramp neokonservatorların və onların liberal müttəfiqlərinin tutduqları kursdan və protokoldan, həmçinin də Vaşinqtonun mərkəzində səylə çalışan bir sıra müharibə partiyasının analitik mərkəzlərinin gəldiyi nəticələrdən üz döndərib.

Əgər Trampın Böyük Britaniya və Brüsseldən Helsinkiyə qədər gəldiyi həftəlik yolu təhlil etsək, onda görərik ki, onun verdiyi siqnal aydın və şokedicidir:
-NATO köhnəlib.
-Avropalı müttəfiqlər Amerika ilə ticarət balansı saldosunu öz xeyirləri üçün qaldıraraq, ABŞ müdafiə sistemi üzərindən parazitlik ediblər. Buna son qoyulur.
-Avropalılar bundan sonra Amerikanın bazarlarını ələ keçirə bilməyəcəklər və onlar öz müdafiə xərclərini özləri çəkməli olacaqlar.Və heç bir ikinci soyuq müharibə də olmayacaq.
Tramp deyir ki, biz Krımın Rusiya tərəfindən anneksiyasını və Ukraynanın şərqindəki separatçılara Putinin dəstəyini qəbul etmirik. Ancaq bunun bizim əməkdaşlığa mane olmasına da imkan verməyəcəyik. Biz silahlar barəsindəki müqavilənin şərtlərini razılaşdıracaq, Ronald Reyqan ilə Mixail Qorboçov kimi fikir ayrılığını yoluna qoyacağıq.
Helsinki sammiti sübut etdi ki, Tramp “dünya Rusya ilə pis yox, yaxşıdır” söyləyəndə çox ciddi olub.
Suriya məsələsinə gəlincə, Tramp aydın şəkildə bildirdi ki, o və Benyamin Netanyahu Putinlə əməkdaşılıq edirlər. Və istəyirlər ki, İran qoşunları və iranlıların dəstəklədikləri güclər Holan təpələrindən uzaq dursunlar. Suriyadakı Amerikan ordusuna gəldikdə isə, Tramp deyib ki, İŞİD məhv edilən kimi onlar yerləşdikləri əraziləri tərk edəcəklər.
Bunun arxasında daha bir siqnal gizlənir: Amerika xarici dövlətlərin ərazisindəki müharibələrdən evə qayıdır və digər ölkələr qarşısındakı öhdəliklərdən tədricən yaxa qurtarmağa hazırlaşır.
Sammitdən sonra əksər telekanallar həmişə olduğu kimi prezident Trampa qarşı düşmən münasibətlərini nümayiş etdirdlər. Bəlkə də, KİV-lər Trampın hesab etdiyi kimi “xalq düşməni”deyillər, amma onlar indiki prezidentin düşməni olublar.
Bəziləri istəyirdilər ki, Tramp özünü Nikita Xuruşov kimi aparsın. Belə ki, Xruşov 1960-cı ilin mayında Parisdə keçiriləcək sammiti faktiki olaraq pozmuşdu. Səbəb isə sammitdən bir neçə həftə öncə Ural dağlarında Amerikanın “U-2” casus təyyarəsinin vurulmasıydı.
Xruşov tələb edirdi ki, Ayk(ABŞ prezidenti Duayt Eyzenhauer) üzr istəsin. Ayk isə üzr istəməmişdi. Bu isə öz növbəsində Xruşovu bərk qəzəbləndirib, özündən çıxarmışdı. Bəzi KİV-lər ümid edirdilər ki, Tramp da məhz özünü Xruşov kimi aparacaq.
Görəsən Tramp Amerikan xarici siyasət iteblişmentinin “axmaqlığından” danışanda nəyi nəzrədə tutub:
O, SSRİ-nin dağılmasındn sonra NATO-nun ABŞ tərəfindən Rusiya sərhədlərinə qədər genişlənməsinimi nəzərdə tutub?
Yoxsa o, Səddam Hüseyni kütləvi qırğın silahından məhrum etmək məqsədiylə ABŞ-ın İraqa müdaxiləsinimi nəzərdə tutur? Sonradan bəlli oldu ki,Səddam Hüseynin belə bir silahı yoxdur,amma bu müdaxilə amerikanların Yaxın Şərqdə qurtarmaq bilməyən müharibələrə cəlb olunması ilə nəticələndi.
Bəlkə, Tramp Bəşər Əsədi devirməyə çalışan suriyalı müqavimət qüvvələrinə ABŞ-ın göstərdiyi dəstəyi nəzərdə tutur? Suriyadakı yeddilik müharibə nəticəsində silahlı müxalifətə göstərilən yardım İŞİD-in meydana gəlməsi və yarım milyon insanın ölümü ilə nəticələnib. Ümumi nəhayətdə Putin öz suriyalı müttəfiqinə kömək etmək üçün bu müharibəyə müdaxilə edib.
Mümkündür ki, o, raket əleyhinə Nikson müqaviləsinin Corc Buş tərəfindən ləğvinimi nəzərdə tutur? Nəticədə Putin bunun qarşıını almaq üçün qanadlı raketlərin hazırlanmasına başlayıb.
Ola bilsin o, Rusiyapərəst rejimin devrməyə çalışan Kiyevdəki etirazçıları Amerikanın dəstəkləməsinimi nəzərdə tutur? Baş verən hadisələr nətiəcəsində Sevastopoldakı hərbi bazanı saxlmaq üçün Putin Krımı zəbt etmək məcburiyyətində qaldı.
Putinin qınaq obyektinə çevrilən bir çox addımları Amerikanın fəaliyyətləinə qarşı reaksiya olub.
Rusiya qan tökməkdən qaçaraq Krımı ilhaq etdi. Bəs,məgər Belqradı Kosovodan əl çəkməyə vadar etməkdən ötrü ABŞ 78 gün ərzində Serbiyanı bombalamadı?
Nəyə görə, Putinin Krımda etdikləri ilə müqayisədə həmin bombalamlar mənəvi cəhətdən daha çox bəraət qazanmalıdır?
Əgər Rusiya kəşfiyyat ximətləri ABŞ Demokratlar Partiyasının milli kömitə üzvlərinin elektron poçtlarını sındıraraq məlumat toplyıblarsa da, Tramp iddia edir ki, onun buna heç bir aydiyyatı yoxdur. Məgər iki ildən sonra bizim bunun əksini sübut edəcək hansısa əsaslı dəlillərimiz var?
Tramp iddia edir ki, Rusiyanın müdaxiləsi 2016-cı ildəki prezident seçkilərinin nəticəsinə heç bir təsir göstərməyib. Tramp deyib ki, onun Rusiya ilə münasibətləri yoluna qoymasına mane törətməyə çalışan “Rusiagate”qalmaqalının tərəfdarlarına bunu etməyə imkan verməyəcək.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennandeyib: “Donald Trampın Helsinkidəki mətbuat konfransındakı çıxışı xəyanətdir…O tamamilə Putinin “cibindədir”. Vətənpərvər respublikaçılar, siz haradasınız?”
Nə vaxtsa Patrik Henri deyib: “Qoy bu lap xəyanət olsun,amma ondan maksimum fayda götürmək lazımdır.” (“The American Conservative”, ABŞ).
 
Tərcümə etdi: Vaqif
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.