İcra başçısı 2 milyonluq villasının həyətinə 100 minlik gül əkdirib

19-06-2014, 17:30   
İcra başçısı 2 milyonluq villasının həyətinə 100 minlik gül əkdirib
Xətainin icra başçısı Novxanıda inşa etdirdiyi dəbdəbəli villasında əkmək üçün xaricdən yüz min manatlıq gül gətizdirib

Politika.az saytına daxil olan məlumata əsasən icra başçısının Novxanı qəsəbəsində dəyəri milyon manatlarla ölçülən 2 mərtəbəli villasının həyətində xarici ölkələrdən xüsusi gətirilmiş qiymətli güllər əkdirib.

Bildirilir ki, Xətainin icra başçısı həmin güllərə yüz min manat xərc çəkib.

Razim Məmmədov villasındakı gülllərə və çiçəklərə qulluq edilməsi üçün bir neçə bağban da işə alıb. Bağbanlar peşəkar olduqlarından icra başçısının onların hər birinə 2000 manat maaş verdiyi qeyd olunur..

Daxil olan məlumatda göstərilir ki, Razim Məmmədov qonaqlarına tez tez baxçasındakı gülləri göstərərək hansı ölkələrdən gətizdirdiyini və necə olduğu haqqında məlumat verir.

Qeyd olunur ki, Razim Məmmədovun Novxanındakı villasının ətrafındakı evlərin əksəriyyəti ən yaxın qohum-əqrabası və tanışlarıdır. Bildirilir ki, icra başçısının villasının yanında yeni bir dəbdəbəli imarətdə inşa edilir. Bu imarətin isə dayısı Zaman İsgəndərova məxsus olduğu bildirilir.

Qeyd edək ki, Razim Məmmədov 2006-cı ildən Xətai rayon icra hakimiyyəti başçısı vəzifəsində işləyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.