Azərbaycanın sələfi lideri İraqa döyüşməyə gedib

19-06-2014, 17:33   
Azərbaycanın sələfi lideri İraqa döyüşməyə gedib
Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev İraqda İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının tərkibində döyüşməyə gedib

Politika.az – ın gizli mənbədən əldə etdiyi məlumata görə, Ə.Musayev iki həftə öncə Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD qruplaşmasının tərkibinə qoşulub: “Qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini daşıyır. Hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərə rəhbərlik edir”.

Əlixan Musayevin telefonuna zəng çatmaması isə şübhələri bir qədər artırıb.

Sələfilərin daxilindən verilən məlumatda qeyd olunur ki, Ə.Musayev bir ay öncəyə qədər Azərbaycanda dərs deyirmiş. Amma son vaxtlar sələfilərdən heç kim onun harda olduğunu dəqiq bilmir. Amma onlar Ə.Musayevin İŞİD-ə qoşulduğuna inanmırlar.

Qeyd edək ki, bir müddət öncə Ə. Musayevlə “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov arasında narazılıq yaranmışdı. Buna səbəbsə Ə.Musayevin Suriyaya gedən azərbaycanlıları dəstəkləməsi idi. Sələfi liderləri onun təkfirçi bəyanatlarını geri götürməyə çağırsa da, o, bu addımı atmadı və ayrıldı. Son məlumatlara görə, o, Mehdiabad məscidində fəaliyyət göstərirmiş.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.