Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)

18-09-2018, 08:55   


Prezidentlər başda Suriya məsələsi olmaqla bir sıra mövzuları müzakirə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin mətbuata birgə bəyanatla çıxış ediblər.

****

20:15

Hazırda sadəcə regionumuzun deyil, bütün dünyanın gözü Soçidədir.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşdən əvvəl çıxışı zamanı deyib.

“Rusiya ilə siyasi, hərbi və iqtisadi sahələrdə aparılan fikir mübadiləmiz bir-birimizi gücləndirəcək miqyasdadır. Soçidə qəbul olunacaq qərar inanıram ki, bölgəyə çox fərqli bir ümid olacaqdır. Regional məsələlərdəki həmrəyliyimiz bölgəyə ümid verir”, - Ərdoğan bildirib.

Təkbətək görüşdən əvvəl həmçinin Rusiya prezidenti Vladimir Putin də fikirlərini bölüşüb. Putin Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib:

“Münasibətlərimiz iqtisadi cəhətdən sürətli templə böyüyür. Bölgənin təhlükəsizliyi baxımından da münasibətlərimiz inkişaf edir. Müzakirə ediləcək çox mövzu var. Bəziləri qarışıq məsələlərdir. Bunları həm nəzərdən keçirəcək, həm də həll yollarını axtaracağıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə mətbuata qapalı keçən görüşü 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.(virtualaz.org)

****

(17:41)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar.

Ərdoğan çıxışı zamanı Soçi görüşünün əhəmiyyətinə diqqət çəkib.

“Siyasi, hərbi və iqtisadi sahələrdə fikir mübadiləsi apardıq və bir sıra razılıqlar əldə olunub Soçidən veriləcək bəyanat inanıram ki, bölgəyə də çox fərqli ümid gətirəcək”, - deyə Ərdoğan bildirib.

Putin isə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər müsbət yöndə inkişaf etməkdədir.

"Əlaqələrimiz yüksək səviyyədə müsbət istiqamətdə inkişaf edir. İqtisadi-ticarət əlaqələrimiz intensiv şəkildə böyüyür. Eyni zamanda, xüsusilə regionda və beynəlxalq arenada təhlükəsizlik məsələlərində sıx əlaqələrimiz var. Problemlər çoxdur. Sizi Soçidə görməyimə şadam. Təkcə ona görə yox ki, biz fikir mübadiləsi aparacğıq, həm də ona görə ki, bu məsələrin həlli yollarını axtaracağıq", - deyə Putin qeyd edib.

Qeyd edək ki, tərəflərin daha əvvəl Tehranda keçirdikləri sammitdə İdlibin terrorçulardan təmizlənməsi vacib hesab edilmişdi.

Xatırladaq ki, son 10 gündə ikinci dəfə Suriya məsələsi üçün görüşən Ərdoğan və Putin bu il ümumilikdə 4 dəfə görüşüb.(Real.Tv)

Musavat.com mətbuat konfransından videonu təqdim edir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.