NATO “Soyuq Müharibə”dən bəri ən böyük təlimə başlayır

26-10-2018, 08:26   

NATO Sovet İttifaqı dağılandan bəri ən böyük hərbi təlimlərə başlayır. Alyansın rəhbəri on minlərlə hərbçinin qatıldığı təlimi qurumun qabiliyyətinin, birliyinin “güclü nümayişi” adlandırıb.

Oktyabrın 25-də Norveçdə “Trident Juncture” təliminin əsas mərhələsi başlanır. NATO-nun baş katibi Jens Stoltenberg bir gün öncə Brüsseldə mətbuat konfransında deyib ki, “bu, çox vacib bir gündür, çünki Trident Juncture Soyuq Müharibə bitəndən NATO-nun ən böyük təlimidir” (azadliq.org).

Moskva bu təlimləri tənqid edir. NATO isə bildirir ki, Rusiya ABŞ-la nüvə silahları sazişini pozaraq raket yerləşdirir və bu, alyansın Avropadakı üzvlərini hədəfə ala bilər.

Trident Juncture ölkələrimizə və potensial düşmənimizə aydın bir mesajdır: NATO qarşıdurma axtarmır, amma biz müttəfiqlərimizi istənilən hədədən qorumağa hazırıq”, – Stoltenberg deyib.

Bu təlim bizim qabiliyyətimizin və birlikdə işləmək qətiyyətimizin güclü nümayişidir”, – deyən baş katib Rusiyanın adını çəkməsə də, qeyd edib ki, son illər “Avropada təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə pisləşib”, və “NATO buna Soyuq Müharibənin bitməsindən bəri kollektiv müdafiəmizə ən böyük adaptasiya ilə reaksiya verib. Trident Juncture həmin adaptasiyanı sərgiləyir”.

Təlimə 65 gəminin, 250 təyyarənin, 10 min zirehli maşının, 50 min hərbçinin qatılacağı bildirilir. Stoltenberg deyib ki, NATO-nun 29 müttəfiqinin hamısı, eləcə də Finlandiya və İsveç təlimlərdə iştirak edəcəklər.

Təlimin birinci hissəsi 25 oktyabr-7 noyabr, ikinci hissəsi isə 13-24 noyabr tarixlərində keçiriləcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.