"İraq Şam İslam Dövləti" terror təşkilatı ələ keçirdiyi İraqın ən böyük Beyci neft emalı zavodunda işləyən 300 nəfəri sərbəst buraxıb.
Axar.az xəbər verir ki, girovların azad edilməsində tayfa liderlərinin və İraq ordusu ilə əldə edilən bir neçə saatlıq atəşkəsin böyük əhəmiyyəti olub.
Qeyd edək ki, İŞİD dünən İraqın ən böyük neft emalı zavodunu ələ keçirdiyini açıqlamışdı.