Iraqın bir sıra iri şəhərlərini ələ keçirən İraq Şam İslam Dövlətinin İŞİD döyüşçülərinin edamları davam edir.
Axar.az xəbər verir ki, İŞİD üzvləri ələ keçirdikləri şəxslərin başını kəsir.
Üstəlik, bu qanlı görüntüləri də sosial şəbəkələrdə paylaşır.
Terrorçular kəsilmiş bir başla futbol oynayarkən çəkilən fotolardan birini Tvitterdə paylaşıblar. Özlərinə Messi, Ronaldo, İnyesta kimi adlar verən terrorçular başçılarına da Mourinyo ləqəbi veriblər.
Fotonun altında isə, “Burada insan başı ilə futbol oynamaq sağlam bir fəaliyyət kimi görünür” yazıblar.