Gürcü deputatlar Bakı aeroportunda tutuldu

20-06-2014, 10:36   
Gürcü deputatlar Bakı aeroportunda tutuldu
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvləri olan deputatlar Bakı aeroportunda saxlanılıblar.

Virtualaz.org saytı gürcü qaynaqlarına istinadən xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasına açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfirin sözlərinə görə, deputatlar İrma Nadiraşvili və Zurab Caparidze gömrük bəyannaməsində göstərmədikləri valyutaya görə saxlanılıblar.

“Onlar Bakı aeroportunda gömrük bəyannaməsində göstərmədikləri valyutaya görə saxlanılıblar. Bizdə olaan yeganə məlumat budur. Deputatlar həbs olunmayıblar, onları sadəcə olaraq müvəqqəti müddətə saxlayıblar” - deyə səfir bildirib.

Amma çox maraqlıdır ki, sabiq prezident Mixail Saakaşvilinin yaratdığı Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının ofisində bu xəbəri təkzib ediblər.

Bu xəbəri elə adı saxlanılanlar sırasında çəkilən deputat İrma Nadiraşvilinin özü də təkzib edib. O, öz facebook səhifəsində hazırda Bakı aeroportunda olduğunu isə təsdiqləyib. Xanım deputat bildirib ki, yerli vaxtla saat 21:00-da Tiflisdə olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.