Əli Abbasovun müavinlərinin sayı artdı

20-06-2014, 10:37   
Əli Abbasovun müavinlərinin sayı artdı
İyunun 19-da Prezident İlham Əliyevin fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.

Əsasnamə ümumi müddəaları, nazirliyin fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkilini əhatə edir.

Nazirliyin strukturuna aparat (şöbələr və sektorlar), İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Elektron Təhlükəsizlik Mərkəzi daxildir.

Fərmanda nazirlik aparatının işçilərinin say həddi 107, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12, Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi isə 18 ştat vahidi müəyyən olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsinə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini olacaq.

Xatırladaq ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. Onun hazırda iki müavini var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.