Bakıda “Socar” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə marşrut avtobusları ilə bağlı göstəriş verilib.
“Qafqazinfo” xəbər verir ki, göstərişə əsasən, sərnişin dolu avtobuslara yanacaq satılmır.
Göstərişin ARDNŞ rəhbərliyi tərəfindən verildiyi bildirilir.
Buna əməl etməyən yanacaqdoldurma əməkdaşları cəzalandırılacaq.
“Lukoyl”, “Azpetrol” və digər brendli yanacaqdoldurma məntəqələrində isə belə bir göstərişin verilib-verilmədiyi bilinimir.
Qeyd edək ki, Bakıda marşrut avtobusların yanacaqdoldurma məntəqələrinə sərnişinlə dolu daxil olması kütləvi şəkildədir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində (İXM) cərimə cəzası da var. Belə ki, İXM-in 151.2-ci maddəsinə əsasən,ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə 60 manat miqdarında cərimə nəzərdə tutulub. Lakin avtobus sürücülərinə əksər hallarda buna görə cərimə tətbiq edilmir.