Şeyx Çexiyadakı mülklərini oğlunun adına keçirib - RƏSMİ (FOTOLAR)

27-11-2018, 11:50   
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Çexiyada olan əmlaklarını oğlunun adına keçirib.

Mia.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.

O, bldirib ki, Çexiyanın Ədliyyə Nazirliyinin rəsmi saytında şeyxin mülkləri ilə bağlı məlumat qeyd edilib.

Adıçəkilən ölkənin dövlət reysterində Allahşükür Paşazadə Çexiyanın Karlovı Varı kurort şəhərində yerləşən şirkətlərinin qeydiyyatını oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdirib/unikal.org

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün musavat.com-a açıqlamasında Çexiyada heç bir mülkünün olmadığını bildirib. O, qeyd edib ki, Karlovı Varıda müalicə alır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.