“Kurtlar Vadisi” serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmaz vergi rekordçusu olub.
ANS PRESS-in məlumatına görə, “Kurtlar Vadisi” serialında yaratdığı Polat Alemdar obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmaz həm də biznes fəaliyyətini davam etdirir. Aktyorun Bolunun Gerede rayonundakı "Nova meşə məhsulları A.Ş" adlı taxta fabriki Bolu üzrə ən çox vergi ödəyən müəssisə olub.
2013-cü ilin ən çox vergi ödəyən 100 təşkilatdan 20-si Gerededə yerləşir.
Necati Şaşmazın da ortaq olduğu "Nova meşə məhsulları" şirkəti 95 milyon 047 min 397 lirə (təqribi 35 milyon 063 min 479 manat) ilə siyahının zirvəsində qərarlaşıb.