Stanislav Tarasov
regnum.ru, 09.12.2018
Azərbaycan iqtisadçısı Natiq Cəfərli Bakının Minval.az portalına müsahibədə deyib ki, Bakı da “başqa ölkələrlə müqayisədə İran sanksiyalarını bəlli dərəcədə dəstəkləyib – bu planda ki, İran ərazisində dəmiryolunun inşasını maliyyələşdirməyi dayandırıb”.
Onun sözlərinə görə, “hökumətin qərarına əsasən Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə 500 milyon dollar yatırmalı olduğu inşaat bəlli olmayan dönəmə saxlanıb”.
Bunu Azərbaycanın adı çəkilməyən “yeni şərait”ə işarə edən iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiqləyib. Məhz hansı – nazir izah etməyib. Amma Azərbaycan eksperti Elxan Şahinoğlu iddia edir ki, “Tehrana və ona yardım edənlərə qarşı Amerika sanksiyalarını nəzərə almaq gərəkdir”. Ancaq Bakı analitiklərinin çoxu axı lap yaxınlarda hamını inadırırdı ki, “Azərbaycan İranın yaxın qonşusu və bir çox sahələrdə önəmli tərəfdaşı, (“Şimal-Cənub” kimi) böyük nəqliyyat-energetika layihələrinin təşəbbüsçüsü olmaqla bu layihənin gerçəkləşməsində müstəqil siyasətini sürdürəcək”. Amma, budur, belə çıxır ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun bu yaxınlarda Bakıya səfəri Vaşinqton üçün uğurlu çıxıb: amerikalılar Tehranın təcridi və onunla əməkdaşlığın yığışdırılması üzrə səylərdə Azərbaycan hökumətinin müəyyən dəstəyini əldə ediblər.
Əvvəllər sıradakını açıq deyən Cəfərlinin proqnozu belə gerçəkləşir: “Qeyd etmək lazımdır ki, ABŞ-la yetərincə yaxşı münasibətlərimiz formalaşıb – özəlliklə son iki ildə. Və biz bunu çox dəyərləndiririk. İranla bəzi sahələrdə işbirliyini dayandırmaq haqda ABŞ tərəfdən birbaşa çağırış gələrsə, Azərbaycan hökuməti bəzi güzəştlərə gedə bilər. Hətta Qərb və ABŞ-ın maraqlarına güclü toxunan bütün əlaqələri dayandırar”.
Bununla belə, Bakının Amerikanın İrana qarşı bank, texnoloji, ticari və başqa sahələrdə sanksiya siyasətinin farvaterinə getdikcə daha geniş biçimdə cəlb olunacağını – və yaxud onu fəal cəlb edəcəklərini – güman etməyə bütün əsaslar var. Amma problem Azərbaycanın İran yönündə hadisələrin bundan sonrakı inkişafını necə təsəvvür etdiyindədir, çünki yerli ekspertlərin şübhəsi yoxdur ki, “İranda bundan belə inkişaf edən və edə biləcək olaylar belə, ya elə Bakıya mütləq toxunacaq”.
İqtisadi sahədən danışılsa, onda Azərbaycan iqtisadiyyatı energetika sektorunda böyük itkilər verə bilər, çünki Tehran Azərbaycanın inşa etdiyi TANAP və TAP boru kəmərləri üzrə əsas qaynaqlardan biri olmalıdır. Belə ola bilər ki, bu boruları doldurmağa heç nə olmaz. Bununla yanaşı, güman etmirəm ki, Avropanın bəyan edilən energetik təhlükəsizliyinin təminatı problemi kimi bu da Vaşinqtonu narahat edir. İkinci variant: Azərbaycan Avropa Birliyinin vəd edilən beynəlxalq maliyyə sisteminin qurulması və sanksiyalardan yan keçməklə Tehranla qarşılıqlı iqtisadi fəaliyyət məqamını gözləməyə başlayacaq ki, bu da manevr siyasəti yürütmək imkanı verəcək. Amma bu, haçan olacaq? Bəlkə, Brüsseldə İranda hakimiyyətin dəyişilməsi üçün ilkin sosial şərtlərin yaranması üzrə Vaşinqtonun tədbirlərinin gerçəkləşməsinin başlanmasını gözləyirlər?
Ancaq hadisələrin belə inkişafının Azərbaycanın maraqlarına cavab verəcəyi şübhəlidir, axı İran ortalığa çıxa biləcək, var olan geopolitik gerçəkliklər baxımından görülməli və dəyərləndirilməli olan bütün nəticələrlə ikinci Suriyaya çevrilər. Yaxın Şərq üzrə Bakı eksperti, “The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadə bununla bağlı Tehranda məhəlli etiraz aksiyalarının geniş çaplı aksiyalara keçəcəyi və hakimiyyət dəyişikliyinə gətirə biləcəyi siyasi sabitsizləşmə ssenarisini istisna etmir. Ekspert hesab edir – bu zaman “millətlərarası zəmində vətəndaş savaşı variantını çıxdaş etmək olmaz və o zaman müəyyən sayda qaçqın Azərbaycana axışa bilər”. Bu isə təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda durumu kökündən dəyişə bilər.
“Baku Network” ekspert şurasının başçısı Elxan Ələskərov antiiran sanksiyalarının Bakı üçün nəticələrini yozaraq açıqlayır ki, bu, bölgədə güclərin geopolitik bölgüsünə yeni qəlizliklər gətirir və Azərbaycanın iki ən önəmli qonşusunun maraqlarına toxunur. Biçimlənən şəraitdə Bakı üçün başqa variant da var. Bunun məğzi – hadisələrin özü üçün mənfi inkişafını qabaqlamaq məqsədilə Moskvayla daha sıx hərbi-texniki, siyasi və başqa əməkdaşlığı yoluna qoymaqdır. Amma onda eyni zamanda ABŞ-la münasibət saxlamaq mümkün olacaqmı? Bunu unutmağına dəyməz ki, tarixən belə formalaşıb ki, İran Cənubi Qafqazın şərq bölümünə özünün yaxın xarici kimi yanaşır və Cənubi Qafqaz ölkələrində öz nüfuzunun bərpası uğrunda çarpışır. Gördüyümüz kimi, Bakının seçimi asan deyil və artıq bunu etmək gərəkir.
Tərcümə Strateq.az-ındır.