Ermənilər qətl törədən Rusiya hərbçisini tələb edir – İrəvandan Moskvaya ilginc ismarıclar

13-12-2018, 08:28   


Ermənistan hakimkiyyəti növbədənkənar parlament seçkiləri ilə bağlı Rusiyadan təbrik gözləməkdədir. Bu məsələ ilə bağlı erməni mediasında maraqlı təhlillər tirajlanır. Ermənistan mətbuatı Rusiya prezidenti Vladimir Putinin görüşlərə gecikmək adətinin olduğunu xatırladır. Onu da vurğulayırlar ki, Tramp hər zaman görüşlərə Putindən sonra gəlir.

Erməni saytının yazdığına görə, indi belə görünür ki, Putin Ermənistandakı parlament seçkiləri ilə bağlı təbrik məsələsində gecikməyə qərar verib. “Artıq Vaşinqton, Tehran, Brüssel, London, Almaniya, Tbilisi və hətta Kişinyovdan təbrik gəlib, Moskva isə səssizdr”-yazıda bildirilir.

Musavat.com xəbər verir ki, əlbəttə, təbrik məktubunun mətnini hazırlamaq çətindir. “Birincisi, inqilabçı qüvvələrin qələbəsini tanımaq lazım gələcək, ikincisi, faktiki olaraq Robert Köçəryanın həbsini və Respublika partiyasının məğlubiyyətini təsdiləmək lazımdır. Ancaq bütün bunlarla yanaşı, başqa problem də var – Gümrüdə qadının ölümünə görə rusiyalı hərbi qulluqçu günahlandırılır. Hansı ki, hərbi bazanın ərazisində saxlandığı və Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilmədiyi aydın olub”.

Yazıda qeyd olunub ki, bu barədə Rusiya və Ermənistan tərəfinin müzakirələr aparıb-aparmadığı məlum deyil. Amma o da bildirilir ki, İrəvan cinayətdə şübhəli bilinən hərbçinin Emənistan məhkəməsinə verilməsini tələb etməlidir. Müəllif ardınca xatırladıb ki, Rusiya özününküləri təhvil vermir və məhz buna görə ola bilsin, Putindən təbrik gəlsin. Amma sonda bunu da vurğulayıb ki, ola bilsin ümumiyyətlə, Rusiya Ermənistanı təbrik etməsin və bu, onun öz işidir.

Göründüyü kimi, Rusiya ilə Emənistan arasında uçurum dərinləşməkdədir. Kiçik bir yazıda iki ölkə arasında ixtilafları tətikləyən bir neçə ciddi səbəb xatırlanıb. Xüsusilə də Ermənistanın Gümrü şəhərində 67 yaşlı süpürgəçi Cülyetta Qazaryanın ölümündə təqsirli bilinən rus hərbçisinin 102 saylı Rusiya hərbi bazasında gizlədilməsi ilk dəfə ictimailəşdirilir. Dekabrın 2-də törədilmiş qətl hadisəsindən sonra Rusiyanın Ermənistandakı səfirliyi bu barədə xəbər yayan erməni mediasının üzərinə getmişdi. Növbəti ciddi ittihamlara Rusiyadan hansı reaksiya gələcək, çox maraqlıdır...

 

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.