Kürdəmirdə bütün sahələri gizli tender əməliyyatları, maliyyə mənimsəmələri cənginə alıb. Yerli icra hakimiyyəti, mərkəzi xəstəxana, regional mədəniyyət idarəsi tərəfindən dövlət satınalmaları zamanı tenderlərdə ünvansız, fəaliyyətsiz şirkətlər qalib elan edilərək külli miqdarda vəsaitlərin xərclənməsində müəmmalar ortaya çıxıb.
Ceyhun Cəfərov 600 milyonu ”Xəzər İnşaat E” MMC ilə necə silib?
Bu barədə Reportyor.info tərəfindən aparılan araşdırmalar və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilən məlumatlardan aydın olur.
Belə ki, ötən il Kürdəmir Rayon İcra Hakimiyyəti əkin dövriyyəsinə qatılmış əkin sahələrinə suvarma suyunun çatdırılması işləri üçün 379 6378.31 manat tenderdə qalib elan edilmiş ”Xəzər İnşaat E” MMC-yə çatıb.
Ancaq bu da bəs eləməyib. Kürdəmir RİH eyni təyinatla yenə ”Xəzər İnşaat E” MMC-nin tender qalib olmasına şərait yaradıb və bu dəfə 390 000 000 vəsait ayrılıb.
24 | Kürdəmir Rayon İcra Hakimiyyəti | Xəzər İnşaat E MMC | Əkin dövriyyəsinə qatılmış əkin sahələrinə suvarma suyunun çatdırılması işləri | 3796378.31 | 2017-04-10 |
25 | Kürdəmir Rayon İcra Hakimiyyəti | Xəzər İnşaat E MMC | Əkin dövriyyəsinə qatılmış əkin sahələrinə suvarma suyunun çatdırılması işləri | 3900000,00 | 2017-07-07 |
Lakin podratçı şirkət kimi fəaliyyət göstərən ”Xəzər İnşaat E” MMC-nin nə ünvanı, nə sahibi bəllidir. İnternetdə axtarış verən zaman şirkətin yalnız gördüyü işlərə aid rəsmi məlumat çıxır.
Bu halda sual doğurur ki, iki dəfə ayrı-ayrılıqda 600 milyondan yuxarı vəsait şirkətə necə ayrılıb, MMC Kürdəmirdə əkin sahələrinə suvarma suyunun çatdırılmasında hansı işləri həyata keçirib?
Bu haqda da internet resurslarında sorğu verən zaman heç bir informasiya meydana çıxmır. O halda Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun tenderlərdə maliyyə maxinasiyalarına yol verməsinə dair əsaslı şübhələr oyanır.
Dövlətin büdcə pullarının Kürdəmir RİH başçısı tərəfindən talan edilməsi şübhələri ilə bağlı Hesablama Palatası təftiş apara bilər.
Araşdırmalar zamanı onu da öyrənmişik ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin İcra Nümayəndəliyi mənzil fondunun əsaslı təmir işləri üçün 419 48.76 “İnpeks.N“ MMC-yə peşkəş edib. Tenderdə qalib olmuş bu şirkət oxuculara tanışdır.
9 | Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhər İƏD üzrə İcra Nümayəndəliyi
| İnpeks.N MMC | Mənzil fondunun əsaslı təmir işləri | 41948.76 | 2017-12-22 |
Bu şirkətin adına Bərdədə rast gəlirik. Nə “İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat yoxdur. Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir.
Yəni mənzil sahibi müvafiq rabitə qovşağına ərizə verərək nömrəsinin yaşadığı ünvanda olan telefon nömrəsini məxfi etdirib.
Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.
2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuşmaddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Şirkətin yerləşdiyi ünvanda (Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13) isə “İNPEKS.N” MMC-ni, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunu tanıyan olub.
Həmin mənzil bir ailəyə məxsusdur. Bu mənzildə heç vaxt “İNPEKS.N” MMC adlı şirkət olmayıb. Bu da özlüyündə Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun 420 milyona yaxın məbləği necə sovurduğu şübhələrinə yol açır.
Habelə, Kürdəmir RİH “Dizayn-Ş” MMC-ni tenderdə sevindirib. Kürdəmirin mənzil fonduna daxil olan 8 çoxmənzilli yaşayış binalarının təmiri işləri üçün 399268.10 ayrılıb.
Kürdəmir Rayon İcra Hakimiyyəti “Baba” MMC-ni də yaddan çıxarmayıb, sair mal-materiallar üçün 14997.60 manat “sair” olub gedib…
6 | Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri İƏD üzrə İcra Nümayəndəliyi | İnpeks.N MMC | Cari təmir işləri | 6253.65 | 2017-12-05 |
Lakin diqqətinizi Kürdəmirdə təkcə İH-nin tender oyunlarına çəkməklə kifayətlənmək istəmirik. Araşdırmalar göstərir ki, büdcə pullarının sağa-sola xərclənməsi digər sahələrdə də müşahidə olunub.
Məsələn, bu il Kürdəmir Regional Mədəniyyət İdarəsi kommunal və kommunikasiya xətlərinin təmiri ilə bağlı mal-materiallar üçün tender “qalibi” 19922.00manat “Ənvər-99” MMC-yə həvalə edib.
Görəsən, idarə müdiri Elman Məmmədov belə bir şirkət tanıyırmı? Ümumiyyətlə, kommunal və kommunikasiya xətlərinin təmiri ilə bağlı hər hansı işlər həyata keçirilibmi? Deyək ki, keçirilib, bu işlər rabitə idarəsinin səlahiyyətində olmalıdır.
Maraqlıdır, adından göründüyü kimi mədəniyyətə xidmət edən regional idarə kommunikasiya xətlərini niyə təmir edir, edirsə harada edir?
Bundan başqa, Kürdəmir Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri üçün 79 303.21 manat “Piramida-F.R” MMC-yə verilib.
Əvvəla reallıq ondan ibarətdir ki, regional mədəniyyət idarəsinin balansında olan mədəniyyət ocaqlarında, kitabxanalarda, klublarda, kənd kitabxanalarında nəinki təmir işləri görülməyib, bu obyektlərin çoxu işləmir, sovetdən bəri qapısı qıfıllanıb.
Bəziləri isə çayxanaya çevrilib, bəziləri uçub-dağılıb, idarə rəisi Elman Məmmədov da “ölü can”lar saxlamaqla maaş kartlarından pul çıxarmaqla qazanc əldə edir.
Bu azmış kimi, dövlətə kələk gələrək guya obyektləri təmiri adı ilə 79 min manat çırpışdırılıb. Gedib həmin mədəniyyət klublarının şahidi ola bilərsiniz.
Həmçinin, Kürdəmir Regional Mədəniyyət İdarəsi sair xərclər üzrə 680 86.000 “Aysberq SH” MMC-yə pay-püş edib. Elman Məmmədov sair xərclərin nədən ibarət olduğunu izah edə bilsə, 680 min manatdan çox pulun hara getdiyini ictimaiyyət də anlayar.
Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Sair xərclər üzrə | 68086.00 | 2018-06-05 | |
4 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Dəftərxana və təsərrüfat malları | 68080.56 | 2018-06-05 |
5 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Qardaşlar Mebel-3 MMC | Bərk inventarlar | 113117.75 | 2018-05-25 |
6 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Avadanlıqlar | 85471.62 | 2018-05-25 |
7 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Digər maşın və avadanlıqlar | 47755.19 | 2018-05-25 |
8 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Yumşaq inventarlar | 34024.05 | 2018-05-25 |
9 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | İdarənin digər xərcləri üzrə | 26749.90 | 2018-05-25 |
10 | Kürdəmir Regional Mədəniyyət İdarəsi | Aysberq SH MMC | Mətbəə xərcləri üzrə | 11759.88 | 2018-05-25 |
Ən nəhayət, Reportyor.infoKürdəmir Rayon Mərkəzi Xəstəxanasının tender xərclərini araşdırıb. Məlum olur ki, rayonda bütün sektorlar üçün milyonlar dövr edir və əvəzində Kürdəmirdə bütün sahələr geriləyir, inkişaf gözə dəymir.
Beləliklə, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası “İnpeks.N” MMC əsaslı təmir işləri16707.74
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası “İnpeks.N” MMC Cari təmir işləri 11956.0 Kürdəmir Rayon Mərkəzi Xəstəxanası ”İnpeks.N” MMC Digər maşın və avadanlıqlar 27050.00
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası “İnpeks.N” MMC Bərk inventarlar 605.00
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası “İnpeks.N” MMC Yumşaq inventarlar 21292.30
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası “İnpeks.N” MMC İdarənin digər xərcləri üzrə18138.00
Bu rəqəmlərə nəzər yetirəndə oxucular özləri nəticə çıxaracaqlar. Yalnız həqiqət budur ki, Kürdəmir səhiyyəsi qanqrena verməkdədir.
Rayonun xəstəxanası bazara çevrilib, pulsuz xəstəyə baxılmır, rüşvət qapıçıdan baş həkimə qədər ayaq açıb yeriməkdədir. Xəstəxanada isə tender xərclərindən belə çıxır ki, guya hansısa işlər görülüb. İnan, “daşa dönsün” də demək olmur…
GÜLAY
REPORTYOR.info