“Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq”

15-12-2018, 09:32   


 Print

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, onun ölkəsi heç vaxt Rusiya Federasiyasının bir hissəsi olmayacaq.

Dekabrın 14-də Minskdə Rusiya jurnalistlərinin qarşısında çıxış edən Lukashenka bəyan edib ki, suverenlik Belarus üçün “müqəddəs” anlayışdır:

“Əgər kimsə Belarusu regionlara bölmək, sonra da Rusiyaya tabe etdirmək istəyirsə, bu heç vaxt baş verməyəcək”.

Lukashenka Moskvanı neft və qaz alətindən istifadə etməklə Belarusu Rusiyaya “birləşdirmək” cəhdində ittiham edib:

“Mən Moskvanın işarəsini anlayıram: “yəni buyurun neftimizi götürün, amma əvəzində dövlətçiliyinizi dağıdıb Rusiyanın bir hissəsinə çevrilin”. Belarusu şantaj etməyin, boğmağın mənası yoxdur”.

Lukashenka habelə Rusiya mediasının Ukraynanın qərbyönlü liderlərini düşmən kimi təqdim etməsini pisləyib:

“Mən ukraynalıları tanıyıram. Onlar düşmən deyillər. Onlar sizin onları öz telekanallarınızda təqdim etdiyiniz qədər pis deyillər. Bunu dayandırmaq lazımdır. Daha bunlara heç kim inanmır”.
Belarus və Rusiya əsasən kağız üstündə mövcud olan vahid ittifaq dövlətində birləşiblər. Bu iki ölkənin hərbiyyələri arasında sıx bağlar var. Buna baxmayaraq Lukashenka Rusiyanın Belarusda daimi hərbi mövcudiyyət qurmaq cəhdlərinə müqavimət göstərir.

Belarus Avrasiya İqtisadi İttifaqının və Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya prezidenti Vladimri Putin hər iki təşkilatdan Moskvanın keçmiş sovet respublikaları üzərində hegemonluğunun saxlanması üçün istifadə edir.

Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdikdən və Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başladıqdan sonra Minskdə Moskvanın niyyətlərinə şübhə ilə yanaşırlar.

azadliq.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.