Endrü Vilks
“Əl-Cəzirə”
İstanbulun Taksim meydanında Mustafa Kamal Atatürkün heykəli Türkiyə Cümhuriyyətini kimin yaratmasını xatırladır. Atatürkə abidənin arxasında ilk sovet səfiri əks olunub. Elçinin əksi 1920-ci illərdə iki ölkə arasındakı mövcud olan, Ankaranın NATO-ya qatılması və Soyuq müharibə dövründə qırılan, daha sonra Avropa Birliyinə üzvlüyə çalışan Türkiyənin Rusiya ilə dərin əlaqələrini göstərir.
Sovet dövləti dağıldıqdan sonra Türkiyə, NATO üzvlüyünü və Avropa niyyətlərini saxlayaraq, Moskvaya yaxınlaşıb. Enerji siyasəti, artan ticarət və təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq nəticəsində saxlanan bu əlaqələr iki il əvvəl, 19 dekabrda Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürüldüyü zaman təhdid altındaydı.
Sui-qəsd əvvəlcə Rusiyanın Suriyadakı roluna bağlanılıb, ancaq Türkiyə və Rusiya liderləri bu iddiaları bir kənara qoyub və onu “təxribat” kimi səciyyələndiriblər.
Türkiyə daha sonra ABŞ-da yaşayan Fəthullah Gülən hərəkatını bu sui-qəsdin təşkilində ittihamlayıb.
Uzunmüddətli təhqir
Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Vəqfinin analitiki Səlim Koru ABŞ-ın uzun illərdir Kürdüstan İşçi Partiyasına (PKK) bağlı suriyalı kürd qrupuna dəstək verdiyini vurğulayıb: “Qərbin hərəkətləri prosesə kömək etdi və bu, Türkiyə siyasətinə, Türk dövlətinə və Türkiyənin maraqlarına uzun müddətli təhqirdir”.
Suriyadakı kürdləri dəstəkləyərək Tramp odla oynayırmı?
Koç Universitetində beynəlxalq əlaqələr üzrə dosenti Şener Aktürk bildirib ki, Moskva və Ankara müharibədə əks tərəfləri dəstəkləsə də, Suriyada ortaqdır: “Rusiya və Türkiyə Suriyaya praqmatik şəkildə yanaşırlar. Hər ikisi son bir neçə ildə Birləşmiş Ştatlar tərəfindən əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş və gücləndirilmiş müxtəlif yerli qruplar tərəfindən təhdid edilir”.
ABŞ-ın PKK ilə əlaqəli YPG-yə dəstəyi və sürgündə yaşayan Fəthullah Güləni təhvil verməməsi Türkiyənin şikayətlərinə səbəb olub.
Çevriliş cəhdi
2016-cı ilin iyul ayındakı çevriliş təşəbbüsünün Qərbdən dəstək alması fikri də türkləri qıcıqlandırıb.
Müqayisə üçün, Rusiya prezidenti Vladimir Putin müvəffəqiyyətsiz fitnədən sonra Türkiyəyə səfər edən ilk xarici ölkə lideridir və ötən il deyib ki, ABŞ Ankaranı bu cəhd barədə əvvəlcədən xəbərdarlıq etməli idi.
Aktürk deyib: “PKK-nın 2015-ci ilin iyul ayında Türkiyəyə hücumları və 2016-cı ilin iyul ayında gülənçilərin uğursuz çevrilişi mühüm məqamlardır. PKK-nın Suriyadakı qrupları da ABŞ tərəfindən qorunur”.
Türklər və ruslar arasında tarixi rəqabət Osmanlı və çar Rusiyasının regional dominantlıq uğrunda mübarizəsi dövrünə aiddir, ancaq 1919-1922-ci illərdə Türkiyə ona pul və silah göndərən bolşeviklərlə dost olub.
Bu gün əlaqələr hər yay Antalya çimərliklərində özlərini günə verən rus turistlərin sayı hesabına artmaqdadır.Ötən il 4,7 milyon rusiyalı Türkiyəyə səfər edib. Səfir Aleksey Yerxovun sözlərinə görə, bu il rəqəmin 5,5 milyona çatması gözlənilir.
Rusiya-Türkiyə qarşıdurması
Suriya sərhədində Rusiya təyyarəsinə atəş açılması nəticəsində 2016-cı ildə turistlərin sayı 1 milyon nəfərdən aşağı düşmüşdü.
Bu hadisə “arxadan vurulan zərbə” kimi qiymətləndirilib. Kreml bunu turizmin boykotu, türk məhsullarına embarqo və Rusiyada fəaliyyət göstərən türk şirkətlərinin çıxarılması və vizasız səyahətə yasaqla cavablandırıb. Bu tədbirlər tədricən aradan qaldırılıb, Ərdoğan və Putin bundan sonra Suriyadakı müharibə ilə bağlı bir neçə cəbhədə yaxından işləyiblər.
İki lider son illərdə dəfələrlə üz-üzə gəlib, İranla birgə Suriyada hərbisizləşdirilmiş zonalar yaratmaqla, Astana sülh prosesini hərəkətə gətiriblər.
Ankarada Rusiyanın müttəfiqi, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırma çağırışı yumşalıb.
Bununla yanaşı, Rusiya Türkiyə təyyarələrinin Suriyanın şimalında fəaliyyət göstərməsinə icazə verib.
“S-400” müdafiə sistemi
Türkiyədə gələn il “S-400” hava hücumundan müdafiə sistemi yerləşdiriləcək.
NATO narahatlığını dilə gətirərək, ABŞ-ın Türkiyəyə “F-35” döyüş təyyarələrinin verilməsinə maneə törədib.
Enerji sektorunda Türkiyə “Qazprom”un “Mavi Axın” boru kəməri ilə Rusiya təbii qazından asılıdır. Seyrək daxili enerji ehtiyatları ilə Türkiyə qazın 55 faizinə güvənir. Rusiyadan çəkilən ikinci boru kəməri – “TürkStream”-in inşası 2019-cu ilin sonuna qədər tamamlanacaq.
Rusiya Mersində 2023-cü ildə fəaliyyətə başlayacaq atom stansiyanın qurulması ilə Türkiyənin enerji bazarını şaxələndirir.
2016-cı ildən 2017-ci ilə qədər Rus-Türk ticarətinin həcmi 22,1 milyard dollara çatıb. Bu ilin ilk səkkiz ayında bu həcm 30% artıb. Putin Türkiyə ilə ticarətin 100 milyard dollara çatdırılacağını bildirib.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, oktyabr ayında Türkiyə Rusiyaya 1,9 milyard dollarlıq mal ixrac edib (kənd təsərrüfatı məhsulları, tekstil, avtomobil və s.).
Daha az asılı
Ancaq Aİ və ABŞ hələ də türk şirkətləri və ölkə üçün əhəmiyyətli bazarlar olaraq qalır, çünki Ərdoğan əvvəlki illərdəki kimi böyümə rəqəmlərini təkrarlamaq istəyir.
Analitik Koru bildirib: “İnkişaf rəqəmlərinin saxlanması bu hökumət üçün çox vacibdir, belə ki, Türkiyə digər iqtisadiyyatlarla kifayətlənə və yalnız iqtisadi cəhətdən deyil, hərbi cəhətdən və nüfuz baxımından qalib olmaq istəyir. Ancaq körpüləri yandırmaqla Qərbdən daha az asılı olmaq – bu məqsədi onu bir qədər geridə qoyur”.
Moskva və Ankaranın Suriyada bir-birinə zidd olduğu məqamlar qalır: Rusiya Əsədi dəstəkləyir, Ərdoğan üsyançı qüvvələri; üstəlik, 2014-cü ilin ilhaqı sonrası müsəlman tatar əhalinin zorakılıqdan şikayətləndiyi Krım da var.
Türkiyə, həmçinin Qara dənizdə Rusiya və Ukrayna arasında son zamanlardakı gərginlikdən xəbərdardır.
“Bütün real fərqlərə baxmayaraq, onlar çox yaxındırlar, – Koru bildirib. – Bir-birinin əsgərləri və təyyarələrini vurublar, bir səfir öldürülüb və vətəndaş müharibəsində fərqli tərəflərdədirlər. Bu, Türkiyə ilə başqa bir ölkə arasında olsaydı, uzunmüddətli əlaqələrə zərər verərdi”.
Kadır Has Universitetinin beynəlxalq əlaqələr professoru Mitat Celikpalanın fikrincə, Türkiyənin hələ də Qərblə sıx əlaqəsi var. “Türkiyə – qərbli aktyordur, onun xarici siyasəti və təhlükəsizlik ehtiyacları Qərb düşərgəsində qalacaq, ancaq Rusiya ilə işləməli və sağ qalmalıyıq”.
Tərcümə: Strateq.az