Yanvarda AŞPA məruzəçisi Azərbaycanda siyasi məhbuslara dair hesabatının ilk variantını təqdim edəcək

28-12-2018, 10:35   


AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torild Sunna Evarsdottir yanvarda öz hesabatının ilkin variantını təqdim edəcək. Sənəddə Mehman Hüseynova qarşı yeni cinayət işi də əksini tapacaq.

Hesabat AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin diqqətinə çatdırılacaq. Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.

O qeyd edir ki, azərbaycanlı fəalların “narahatlığını başa düşür”, ancaq Azərbaycana səfər etmək üçün icazə almalıdır.

M.Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayonu polis rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.

Ötən gün ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri bildirirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya faktlarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.