Millət vəkili, Azərbaycan Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov azvision.az oxucularının suallarını cavablandırıb.
N.Cəfərov İsa adlı bir oxucunun “nə zaman qalstuk taxacaqsınız” sualına cavabında deyib: - Qalstuk taxmamağım hansısa bir iddiadan irəli gəlmir. Sadəcə olaraq, təbiətim belədir. Mən tək qalstuk deyil, hətta saat da taxmıram. Yalnız Prezidentlə görüşlərdə qalstuk taxıram. Hərdən özüm də fikirləşirəm ki, niyə qalstuk taxa bilmirəm. Amma cavab tapa bilmirəm
[media=http://www.youtube.com/watch?v=mes6O5IY3o4]