ABŞ Dövlət Departamentinin 2014-cü il İnsan Alveri ilə bağlı hesabatında Azərbaycanın da adı qeyd edilib. Hesabatda ölkəmiz insan alveri qurbanlarının sırasında göstərilib.
AzVision.az xəbər verir ki, ölkələrin 4 qrupa ayrıldığı hesabatda Türkiyə ikinci qrupa daxil edilib. Ölkə qadın, uşaq və kişilərin fahişəlik və qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmasında mənbə və tranzit ölkə kimi qiymətləndirilib.
Hesabatda qeyd edilib ki, Türkiyədə fahişəliyə cəlb edilənlər əsasən Azərbaycan, Qırığızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Banqladeş, Moldova, Belarusiya, Rusiya və Ukrayna vətəndaşlarıdır.
Hesabatda həmçinin vurğulanıb ki, xarici ölkə vətəndaşı olan qadınlara təmizlik və uşaq baxıcılığı işləri təklif olunsa da ölkəyə çatanda onların sənədləri əllərindən alınır və fahişəliyə məcbur edilir. Ölkə vətəndaşı olan türk qadınların da qadın alıverinə məruz qaldığı bildirlir.