"Gələn aydan nəzərdə tutulan pensiya artımı sadəcə, biabırçılıqdır. Bunlar xalqı dolayırlar, ya da başqa niyyətləri var”.
Bu fikirləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, pensiyaların 4-6 manat artırılması heç bir əndazəyə sığan iş deyil.
"Yeni nazir Sahil Babayev bilirmi ki, 4 manat 50 qəpiklə nə almaq olar? O pula heç bir toyuq almaq olmur. Sahil Babayev bu artımla pensionerin hansısa probleminin həll olunacağını düşünürsə, mənim sözüm yoxdur. Yəqin ki, yeni nazir nəsə icad edib. Belə olmasaydı, 4-6 manatlıq artımı şad xəbər kimi camaata çatdırmazdılar. Sahil Babayev insanların mədəsini ölçüb və o qənaətə gəlib ki, 4-5 manat artım bir ay bəs edər.
Açığı sizə deyim ki, hökumətin bu "islahat”ları məni utandırır. Yeni ildən "Azərsun” bütün ərzaqların qiymətini bahalaşdırıb. Sanki hərə bir tərəfdən çalışır ki, milləti ayağa qaldırsınlar. Bu qədər olmaz axı? Bir toyuğun qiymətindən aşağı artımmı olar? Yeri gəlmişkən, onu da deyim ki, Ukraynada zibilliyə tökülən yararsız toyuqları yığıb gətiriblər ölkəyə, camaata sırımaq istəyirlər. İldin pensiya artıranların yeni artım siyasətindən sonra həmin 4 manat 50 qəpiyi verib o yararsız toyuğu alacaqlar. Yəni, Bir sözlə biabırçılıqdır”.
Partiya sədri onu da qeyd edib ki, S.Babayev Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Onun sözlərinə görə, yeni nazir gərək bütün fəaliyyətini Prezidentin siyasətinə uyğun aparsın:
"Dövlət başçısına rəsmi şəkildə məruzə etməliydi ki, ciddi islahatlar aparmaq lazımdır. Amma bu adamlar camaatı düşünmədikləri üçün belə addımlar atmırlar. Yəqin ki, son aylar özünüməşğulluq proqramları çərçivəsində aztəminatlı ailələrə mal-qara verilməsi prosesini izləyirsiz. İnandırım sizi, bu, proses olduqca biabırçılıqdır. Bu günlərdə bir rayona səfərə getmişdim. Orda özüm şahidi oldum. Camaata qoca, dişi yox, arıq mal-qara veriblər , amma milyonlarla pul siliblər. Eləsi olub ki, malı maşından endirəndə yerə düşən kimi ölüb. Zorla camaat qol çəkdirib xəstə-yararsız heyvanları verirlər. Bu, millətə sataşmaqdır, prezidentin strategiyasının əleyhinə getməkdir”.(Mia.az)