Rusiya prezidenti Vladimir Putin Mərkəz Hərbi Dairəsində hərbçilərin döyüş hazırlığının yoxlanılması barədə əmr verib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri, general Sergey Şoyqu bildirib.
“Rusiya prezidenti, Silahlı Qüvvələrin baş komandanı Vladimir Putin Mərkəz Hərbi Dairəsinin bütün şəxsi heyətinin döyüç hazırlığının yoxlanılması barədə qərar qəbul edib”, -deyə Şoyqu bildirib. Onun sözlərinə görə, təlimlər 21-28 iyun tarixlərində keçirləcək.