Bu gün - iyunun 21-də Bağdadın küçələrində şiə lider Müqtəda əl-Sədrin minlərlə silahlı tərəfdarı parad keçirib.
Pulemyot və avtomatlarla silahlanmış parad iştirakçıları Sədr-Siti şiə rayonu küçələrində hərəkət ediblər.
Müqtəda əl-Sədr tərəfdarlarının güc nümayişi sünni yaraqlılarının İraqın şimalında bəzi əraziləri nəzarətə götürməsi, "İraq və Şam İslam Dövləti" qruplaşmasının hücumlarının davam etməsi fonunda baş verir.