Ergün DİLER
“Takvim”, Türkiyə, 19 yanvar 2019-cu il
Vaşinqtonda qəribə hadisələr baş verir. Hələ davamı da olacaq.
Məlumdur ki, “The Washington Post” ABŞ-ın “dərin qəzeti”dir. Hansı proseslərin içində olduğunu anlatmağa ehtiyac yoxdur. Prezident devirən qəzetdir.
Yenə, özü olmasa da, adı səhnə alıb. Yayılan saxta (!) “The Washington Post”da “Tramp təcili şəkildə Ağ Evi tərk etdi” manşeti atılıb.
Yayılan qəzetin “The Washington Post”un eynisi olması Trampla Cef Bezosu (qəzetin milyarder sahibi – tərc.)yenə qarşı-qarşıya gətirib.
Bezosu boşanmaya qədər aparan “sızıntı”nın qaynağı olaraq Tramp göstərilirdi. Bezosla sevgilisi haqqında məlumatın mətbuata sızması döyüşü daha da böyüdüb. Ancaq bu, bir qadın və ya boşanma məsələsi deyil. Çox dərinlərdə elektrik yüklü iki cərəyanın toqquşması, bir-birini vurmasıdır.
Çərşənbə günü paytaxt Vaşinqtonda Trampı istefa verərək çıxıb gedərkən göstərən saxta “The Washington Post” nüsxələri Ağ Ev yaxınlarında əldə paylanıb.
Saxta qəzetə manşet atılarkən, Trampın 2016-cı ilin prezident seçkilərindən həmən sonra atdığı bir “tweet”də “misilsiz” (“unprecedented”) yazmaq yerinə, “prezidentsiz” (“unpresidented”) yazmasından ilham alınıb.
1 may 2019-cu il tarixli saxta qəzetin “Prezidentsiz” başlıqlı xəbərində “Trampın təcili şəkildə Ağ Evi tərk etməsilə böhran başa çatıb. Tramp dövrünün başa çatması dünyada sevinclə qeyd olunmağa başlayıb.”cümlələrinə yer verilib.
Ayrıca, saxta “The Washington Post”dakı bu xəbərdə “Trampın vertolyotla Krımın Yalta şəhərinə qaçmış ola biləcəyi” bildirilib.
Dünyanın ən dəyərli şirkətlərindən biri olan “Amazon”la bərabər, “The Washington Post” qəzetinin də sahibi olan Cef Bezosla ABŞ Prezidenti Donald Tramp niyə müharibə edir? Nə üçün saxta qəzetlərlə bir yol axtarılır?
Buna baxaq, önəmli olan da məsələnin bu tərəfidir. Saxta manşetdəki tək bir sətir hər şeyi anlatmaqdadır. Diqqətimi çəkən yer də elə burasıdır.
Saxta “The Washington Post” qəzetinin manşetindəki “Trampın vertolyotla Krımın Yalta şəhərinə qaçmış ola biləcəyi” ifadəsi, həmin xəbərin mübarizəni üzə çıxaran yeridir.
Məsələni izləyənlər bilir. Rotşild ailəsi ilə Trampın yaxınlığını, kürəkəni Kuşnerin ailə ilə iç-içə olduğunu daima xatırladıram. Bu, normaldır. Çünki Rotşild ailəsinin liderlik etdiyi cərəyan nəhəng, çox güclü, qarşısıalınmaz bir strukturdur. Ancaq qarşılarında da Vatikanın önəmli bir bölümü ilə irəliləyən Pentaqon və bu şəbəkəyə töhfə verən silah lobbisi var. Kobudcasına deyilsə, tərəflər bunlardır.
Manşetdə Krıma vurğu edilməsi hadisənin mahiyyətini göstərir.
Dəfələrlə yazdığım kimi, Rotşildlər Krım əsilli bir ailədir. Oradan Rusiyaya və Avropaya yayılıblar. Pul ələ keçirir, çox önəmli ailələrin pullarını idarə edir və öz hakimiyyətlərini qururlar. ABŞ-dan Çinədək… Bu, bilinməyən bir şey deyil.
Amerikada bunun üzərində o qədər də durmurlar. Ailənin, yəni Rotşildlərin ana vətəni Rusiya olsa da, çox güclü olduqları yer İngiltərə və Fransadır.
Saxta qəzet həqiqi qəzetin ata bilməyəcəyi manşeti atır və Trampı Rotşildlərin adamı kimi göstərir. Onun qaçdığı yer olaraq da Krımı göstərməklə, Rotşild ailəsilə əlaqəsini anladır. Və “Tramp, yeni güc balansını bizim qarşı olduğumuz bir güclə birlikdə qurmağa çalışır” deyir.
Saxta qəzet heç bir qəzetin ata bilmədiyi manşeti ataraq, Trampı Ağ Evin önündə təhdid edir.
Trampın arxasında duran güc bundan qorxub çəkinərmi? Vaz keçərmi? Ya da Tramp mayda qaçarmı?
Çətin suallardır. Lakin 2019-cu ildə həddindən artıq önəmli olan hadisələrin baş verəcəyi bəllidir. ABŞ-dakı müharibə öz zirvəsinə yüksəlimiş durumdadır. Tramp təkbaşına görünsə də, arxasında nəhəng şəbəkə var. Elə asanlıqla yıxılmaz, yıxıla bilməz. Ancaq qarşısındakı güc də kiçildiləcək güc deyil.
Pentaqon və silah lobbisi artıq müharibəni böyütmək üçün hərəkətə keçib. Silah və terrordan da istifadə ediləcəkdir.
Dünən yazdım. Keniyadakı otelə hücum miladdır. Pentaqonun idarə etdiyi “Əş-Şəbab” terror təşkilatı Keniyada “DusitD2 Otel”ə hücum etdi. Bu hücumun arxasında duran güc Pentaqondur. İstifadə edilən yenə bir terror təşkilatı idi.
2016-cı ildə burada Con Kerri ilə ingilis “dərin dövlət”i oturub Rotşild ailəsinin “təmizlənmə”sinə qərar vermişdi. Ancaq işlər masada danışıldığı kimi getmədi. Hətta Rotşild, Tramp vasitəsilə ABŞ hökumətini qapadaraq, dolayı yolla tək səlahiyyət sahibi oldu. Vəzifədən kənarlaşdırmalar və yerdəyişmələrlə ABŞ daxilində gərginliyi artırdı. Durum belə olunca, ingilis “dərin dövlət”inin Ailənin yanında yer aldığı ortaya çıxdı. Ya da elə başa düşüldü.
Buna görə də, ingilis kəşfiyyatının Afrikadakı qəlbi sayılan “DusitD2 Otel”ə hücum edildi. Ox yaydan çıxmışdı. Aydındır ki, davamı gələcəkdi. Ancaq ardınca çox qəribə bir hadisə oldu. Sanki Kraliça II Yelizavetanın qərarı istənir, son sözü deməsi gözlənirdi. Elə bu zaman yenə qəribə bir şey baş verdi. Kraliça II Yelizavetanın əri şahzadə Filip, Norfolk qraflığına bağlı olan Sandrinqham qəsəbəsindəki malikanələrinin yaxınlığında avtomobil qəzası keçirdi. 97 yaşlı Edinburq hersoqu, avtomobilin aşmasına rəğmən, qəzadan yara almadan qurtuldu. Bukingem sarayından CNN-ə danışan bir mənbə, yol kənarında aşmış halda görünən cipi Filipin idarə etdiyini ildirib. Filipin yanında yaxın qoruması da vardı. Filip yaxşı qurtarmışdı. Qurtarmışdı, lakin qəza üzərindəki sis pərdəsi qalxmış deyildi…
Bukingem sarayı bunu normalmı qarşıladı? Adi hadisəmi saydı?
Bilmirəm. Ancaq qəribə hadisələrin sürətlə baş verəcəyi bir mühitdəyik. Dünən də yazdım, artıq heç kim güvəndə deyil. Hər kəs üçün təhlükə zəngləri çalınmaqdadır. Bu səslər ən çox ABŞ daxilində, Vaşinqtonda eşidilməkdədir.
Saxta “The Washington Post” qəzetinin buraxılması da əhəmiyyətsiz bir hadisə deyil. Çünki “The Washington Post” təsiri və dərinliyi olduğu üçün adi bir qəzet deyil.
Pentaqonla Rotşild ailəsi arasındakı müharibə Ağ Evdən Afrikaya, Londondan Pekinə qədər olan böyük məkanda davam edir. Çox önəmli hadisələr olacaq. Bu, artıq aydındır.
“Prezidentsiz” manşeti, saxta da olsa, “dərin qırtlaq”dan gələn sözdür.
Önəmli şəxslər hədəfdədir. Nə olacağını baxıb, görəcəyik…
Tərcümə Strateq.az-ındır