Sabah Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana ikigünlük rəsmi səfərə gedir.
Virtualaz.org xəbər verir ki, Rusiya XİN-in mətbuat xidməti rəhbərinin müavini Mariya Zaxarova səfərin “iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin inkişafına dair məsələləri müzakirə etmək məqsədi daşıdığını” bildirib. Onun sözlərinə görə, S.Lavrov İrəvanda Ermənistan və Rusiya prezidentləri arasında ötən il dekabrın 2-də əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə edəcəklər. Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər etmişdi. Onun səfəri İrəvandan yox, Gümrüdəki Rusiya hərbi bazasından başlamışdı.
“Səfər zamanı regional və beynəlxalq siyasətin sıx gündəmi ilə bağlı müzakirələr aparılacaq. Moskva və İrəvanın xarici siyasət məsələlərinə dair mövqeləri ənənəvi olaraq yaxın hesab olunur” deyə Rusiya XİN-in rəsmisi bildirib. Xatırladaq ki, S.Lavrov iyunun 17-də və 18-də Bakıda səfərdə olub.